Xamenei İsraili ivrit dilində hədələdi - FOTO
İranın ali lideri Əli Xamenei ivrit dilində paylaşım edərək ölkənin Suriyadakı konsulluğuna hücuma görə İsraili hədələyib.
KONKRET.az xəbər verir ki, Xamenei bu barədə öz "X" hesabında paylaşım edib.
"Allahın köməkliyi ilə sionistləri İranın Dəməşqdəki konsulluğuna qarşı cinayətə görə səhvlərini başa düşməyə məcbur edəcəyik", – deyə o qeyd edib.
O, bundan əvvəlki açıqlamasında isə bildirib ki, İran İsraili konsulluğa hücuma görə peşman olmağa məcbur edəcək.
Xatırladaq ki, aprelin 1-i Suriya Müdafiə Nazirliyi İsrail Hərbi-Hava Qüvvələrinin İranın paytaxt Dəməşqdə yerləşən baş konsulluğuna zərbə endirməsi barədə məlumat yayıb. Raket hücumu nəticəsində bina tamamilə dağılıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu insident zamanı 7 iranlı hərbçinin öldüyünü açıqlayıb. İran sözügedən hücumu sərt tənqid edib.


Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev
Banka borcu olanlara bir yaxşı, bir pis xəbər – Yeni QAYDA
Nyu Cersi Trampa qarşı: Rus dizelini rədd etdi