Xərc normaları barədə məlumatlar vergi orqanlarına təqdim ediləcək

Xərc normaları barədə məlumatlar vergi orqanlarına təqdim ediləcəkXərc normaları barədə məlumatlar vergi orqanlarına təqdim ediləcək.
KONKRET.az xəbər verir ki, Milli Məclis Vergi Məcəlləsinə dəyişiklikləri qəbul edib. Qanunvericiliyə edilmiş dəyişikliklər sahibkarlıq fəaliyyətinin təşviqi, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, uçot, vergitutma və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, vergi təşviqləri və s. istiqamətləri əhatə edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Məcəlləsində edilmiş bəzi dəyişikliklər və onların əsaslandırılmasını ictimaiyyətin diqqətinə təqdim edir. Vergi Məcəlləsində edilmiş dəyişikliklərdən biri də xərc normaları barədə məlumatların verilməsi ilə bağlıdır.
Belə ki, mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və materialların sərfi normaları barədə məlumatların vergi orqanına təqdim edilməsi və müvafiq məlumatların vergi orqanlarına verilməməsinə görə məsuliyyət tədbirinin görülməsi nəzərdə tutulur.
Vergi orqanı tərəfindən istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və materialların sərfi normaları barədə məlumatların əldə edilməsində məqsəd vergi nəzarəti tədbirləri zamanı istehsal olunan məhsulların istehsal məsrəflərinin və kalkulyasiyasının düzgün müəyyən edilməsidir.
Eyni zamanda, qeyd olunan dəyişiklik vergi nəzarəti zamanı daha çevik nəzarətin qurulmasına, analoji vergi ödəyicisi barədə məlumat ehtiyatına və mübahisəli halların aradan qaldırılmasına şərait yaradacaq. Belə ki, istehsal fəaliyyəti üzrə aparılan səyyar vergi yoxlamaları zamanı vergi ödəyicisinin dövriyyə məlumatlarının, o cümlədən istehsal həcminin və istehsal məsrəflərinin müəyyən edilməsi üçün bir çox hallarda ekspert və mütəxəssislər cəlb edilir.
Bu hal həm vergi orqanlarına münasibətdə əlavə inzibatçılıq yükü yaradır, həm də vergi ödəyicilərinə münasibətdə narazılıq hallarına səbəb ola bilir ki, bu da nəticədə vergi orqanı ilə vergi ödəyicisi arasında ekspert rəyinin əsaslı olub-olmaması ilə mübahisəli məqamlar yaradır. Göründüyü kimi, bu məlumatların əldə edilməsi vergi orqanlarına vergi ödəyicisinin istehsal fəaliyyəti məsrəflərinin dairəsinin düzgün müəyyən etməsinə və mübahisəli məqamların yaranmaması üçün səyyar vergi yoxlamaları zamanı ekspert və mütəxəssis cəlb edilməsi hallarının azaldılmasına şərait yaradacaq.

Sosial       Tarix: 25 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

Dollar güclənir: Azərbaycan manatının devalvasiya riski var?

Son aylarda ABŞ dollarının qlobal bazarlarda möhkəmlənməsi bir sıra ölkələrin milli valyutalarına təzyiqi artırıb. Bu proses fonunda Azərbaycanda da manatın gələcək taleyi və mümkün devalvasiya ehtimalı ilə bağlı müzakirələ

Əhvalım çox pisdir - Ofeliya Sənani

Bu gün axşam bağa köçəcəyəm. Şəhərdə bütün günü məni yuxu tutur. Yaşlı adamam, yay mövsümü isti olur, mən isə çölə çıxa bilmirəm. Buna görə də övladlarım gəlib bağa aparacaqlar. xəbər verir ki, bunu -a açıqlamasında Xal

Kanalda batan 23 yaşlı gəncin meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şirvan suvarma kanalının İsmayıllı rayonunun Qubaxəlilli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin mətbuat xidmətində

Çox yalan danışan kişini ifşa edən 6 ifadə

Tez-tez yalan danışan insanı bəzən yalnız sözlərindəki ziddiyyətlərə görə deyil, söhbət zamanı mütəmadi istifadə etdiyi bəzi xarakterik ifadələrə görə də tanımaq mümkün ola bilər. Psixologiya üzrə mütəxəssislər bildirirlə

Dollarla bağlı kritik proqnoz verildi: manat üçün real ssenari açıqlandı

Dünyanın aparıcı banklarından olan "HSBC" ABŞ dollarının qarşıdakı dövrdə daha da bahalaşa biləcəyi barədə xəbərdarlıq edib. Bankın analitikləri hesab edirlər ki, ABŞ Mərkəzi Bankı (FED) sərt pul-kredit siyasətin

Alqoritmi özünüz idarə edəcəksiniz - İnstaqramdan yenilik

"İnstaqram" platforması istifadəçilər üçün yeni funksiyalar hazırlayır. xəbər verir ki, platformanın rəhbəri Adam Mosserinin sözlərinə görə, yeniliklər sayəsində istifadəçilər qarşılarına çıxan tövsiyə olunan videolar

Pulunu avroya dəyişdirmək istəyənlərin nəzərinə

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat olub. xəbər verir ki, avronun 0,2 % azalaraq 1,9359 manat, 100 Rusiya rublunun məzənnəsi 0,6

Faciəvi şəkildə həlak olan DSX əsgərinin - Fotosu

Xəbər verdiyimiz kimi, Samux rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir Vüsal Nəzərovun olduğu avtomobil sürüşərək çaya düşüb və o boğularaq həlak olub. "Qafqazinfo"y

Kondisionerin gizli riskləri: Həkimlər nələrə diqqət etməyi tövsiyə edir?

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə xeyli artır. Mütəxəssislər bildirirlər ki, kondisionerin özü xəstəlik yaratmır, lakin ondan düzgün istifadə edilmədikdə və cihazın texniki baxımı vaxtınd


azerbaycan xeberleri yeni xeberler son xeberler ən son xəbərlər bugün metbuat bugünki xəbərlər xeber.az