Xəyal Bəşirov: Paşinyan hakimiyyətini qorumaq üçün hər addıma hazırdır
Siyasi şərhçi Xəyal Bəşirov AZTV-də yayımlanan "Hədəf" verilişində qonaq olarkən, Əbu Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan son görüşü şərh edib.
azxeber.com xəbər verir ki, Bəşirov bildirib ki, Azərbaycan dəfələrlə Ermənistana nümayiş etdirib ki, sərhəddə – xüsusən Qazaxda keçirilən birbaşa görüşlər Brüssel, Vaşinqton, Moskva və ya digər beynəlxalq platformalardakı görüşlərdən qat-qat səmərəli və məhsuldar olub.
"Ermənistan tarixən prosesi beynəlmiləlləşdirməyə çalışıb. 90-cı illərdə, Heydər Əliyev dövründə belə, Fransanın ATƏT-in Minsk Qrupuna həmsədr seçilməsi üçün səy göstərilib. Bu, həm Ermənistanın yürüdüyü siyasət, həm də onun havadarlarının verdiyi dəstəyin nəticəsi idi," – deyə Bəşirov qeyd edib.
O vurğulayıb ki, artıq regional və beynəlxalq reallıqlar dəyişib, Azərbaycan Ermənistanı konkret faktlar qarşısında qoyur:
"Vaşinqtondan, Avropadan, Rusiyadan müxtəlif bəyanatlar eşidəcəyik. Amma bu bəyanatlar verilənə qədər Azərbaycan öz mövqeyini gücləndirən ciddi addımlar atıb. Ermənistan bu faktlar qarşısında çıxılmaz vəziyyətdədir."
Xəyal Bəşirov, həmçinin Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkilərinə toxunaraq bildirib ki, Nikol Paşinyan ölkə daxilində xaotik proseslərlə üzləşib və hazırda əsas məqsədi öz hakimiyyətini qoruyub saxlamaqdır.
Oksana Orucova

Bakıda kirayə qalan ailələrə XƏBƏRDARLIQ
Növbəti üç il ərzində büdcə vəsaitləri bu istiqamətlərdə xərclənəcək
Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib
Alen Simonyan Moskvadan soruşdu: "Baza mövzusunu kim qaldırıb?"
İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - FOTOLAR
Vətən müharibəsi veteranlarını SEVİNDİRƏCƏK XƏBƏR
Bu ərazilərdə 3 saat işıq olmayacaq
İspaniya çempion məşqçisi ilə bağlı qərarını verdi
Lənkəranda "Mercedes Vito" TIR-la toqquşdu - Ölən və xəsarət alanlar var
Ermənistan Qərbi Azərbaycanda xalqımızın tarixi irsini məhv edib
Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik
Gələn ilin dövlət büdcəsində 3,2 milyard manatlıq kəsir gözlənilir
Zelenskidən Kremlə TƏKLİF: Siyahını masaya qoyun
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Türkiyə generalları Naxçıvanın məşhur kəndinə niyə gedib? – Ankaradan əmr verilib, xüsusi rabitə qurulub – FOTO