Xolesterini azaldır, stressdən xilas edir - Möcüzəvi TƏRƏVƏZ
Yay tərəvəzləri arasında yüksək xolesterin və artıq çəki ilə ən yaxşı mübarizə aparanlardan biri badımcandır, – deyə qidalanma mütəxəssisi Ekaterina Antipova bildirir.
KONKRET.az "MedikForum"a istinadən xəbər verir ki, E.Antipova müsahibəsində badımcanı orqanizmin fəaliyyətini yaxşılaşdırmaq, immuniteti gücləndirmək və arıq bədən quruluşunu saxlamaq üçün ideal yay tərəvəzi adlandırıb. Mütəxəssisin sözlərinə görə, badımcanın qabığı orqanizmin xərçəngin inkişafına gətirən proseslərə qarşı müdafiəsini yaxşılaşdıran güclü antioksidant rolunu oynayan nasunin də daxil olmaqla, antotsianlarla zəngindir.
Badımcan orqanizmi oksidləşdirici stressdən, hüceyrələrin zədələnməsindən və müdafiə mexanizmlərinin zəifləməsindən qoruyur.
Həmçinin, yay tərəvəzinin başqa bir komponenti olan xlorogen turşusu şişlərə qarşı (həmçinin virus və mikroblara qarşı) xüsusiyyətlərə malikdir.
Badımcanın digər faydalı maddələri arasında damar sisteminin və ürəyin vəziyyətinə yaxşı təsir göstərən mineralları qeyd etmək olar (xüsusən bunlar kalium, kalsium, maqneziumdur). Onların liflə birlikdə tərəvəzdə olduğunu nəzərə alsaq, badımcanı yüksək xolesterini azaltmaq üçün ideal qida məhsulu hesab etmək olar. Ürək-damar xəstəlikləri, şəkərli diabet və yüksək xolesterin olan insanlar üçün badımcan müalicəvi rasionda tövsiyə olunan qida məhsuludur.
Antipova badımcanları yağda qızartmadan hazırlamağı məsləhət görüb. Bundan əlavə, ekspert xəbərdarlıq edib ki, tərəvəz bəzi insanlar üçün ziyandır. Bu risk qrupuna böyrəklərində problem olan insanlar, mədə-bağırsaq traktının xroniki xəstəlikləri (qastrit, mədə xorası, öd daşı xəstəliyi) və allergiyası olan insanlar daxildir.

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
"Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub
Ölkədə orta aylıq əməkhaqqı 1 200 manata yaxınlaşıb
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib
Qoyulan stend boğazımı çürütdü' - Kömək istədi
Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta