Yafəz Əkrəmoğlu: "Mühacir alverçilәri"nin həbsi Avropa üzrә genişlәnәcәk, sırada Hollandiya vә İsveçdir
Yafəz Əkrəmoğlu: "Mühacir alverçilәri"nin həbsi Avropa üzrә genişlәnәcәk, sırada Hollandiya vә İsveçdir
Almaniyada müsavatçı "mühacir alverçilәri" bandasına qarşı açılan cinayәt işi, hәmçinin, hәbslәr Avropa üzrә genişlәnәcәk.
Trend-in məlumatına görə, bu barədə Avropada yaşayan keçmiş müsavatçı jurnalist Yafəz Əkrəmoğlu deyib.
Onun sözlərinə görə, bu banda bütün Avropa ölkәlәrinә yayılıb.
"Sırada Hollandiya vә İsveçdәki banda üzvlәridir. Bandanın Avropa üzrә başçısı isә elә Hollandiyada yaşayır", - deyə jurnalist bilirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Cnayətkar şəbəkəyə daxil olan yeddi nəfər həbs edilib.
Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən altı ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Onlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov, "Müsavat" Partiyası Avropa Koordinasiya Mərkəzinin ("Müsavat" AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən, "Müsavat" Partiyasının üzvü, "Müsavat" AKM sədrinin müavini Mehdi Xəlilbəyli, "Müsavat" AKM-in üzvü Abdin Cavadov, "Leqat" inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, Müsavat Partiyasının üzvü Elşən Abdullayevdir.
Məlum olub ki, həbs edilənlər Almaniyada "miqrant alveri" ilə məşğul olmaqda, o cümlədən, 3-10 min avro arası ödəmə qarşılığında ən azı 20 nəfəri qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli bilinir. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb