Yanmış dərinin əvvəlki vəziyyətinə qüsursuz qaytarılmasının çarəsi tapıldı - FOTO
Yanmış dərinin əvvəlki vəziyyətinə qüsursuz qaytarılmasının çarəsi tapıldı - FOTO
Artıq transplantasiyaya ehtiyacı olan yanıq xəstələr qüsursuz dəriyə sahib ola biləcəklər.
Belə ki, Kolumbiya Universitetinin (ABŞ) alimləri xəstələr üçün dəri böyütmə üsulunu kəşf ediblər. Araşdırma "Science" jurnalında dərc olunub.
Əslində həkimlər artıq xəstənin hüceyrələrindən istifadə edərək dəri fraqmentlərini böyütməyi və 3D printer vasitəsilə çap etməyi bilirlər. Bununla belə, bu halda materialın forması standart olur və hər konkret şəxs üçün fərdiləşdirilməlidir.
Ancaq indi hər bir xəstəyə uyğun gələcək "tikişsiz" dəri nümunələrinin yetişdirilməsi üsulu ixtira olunub.
İlk mərhələdə alimlər zədələnmiş toxumanı lazerlə skan edir, sonra kompüterdə lazımi fraqmenti modelləşdirirlər. 3D printerdə karkas yaradılır, daha sonra xəstənin dəri hüceyrələri onun üzərində yetişdirilir.
Bütün proses təxminən üç həftə çəkir. Alimlərin sözlərinə görə, onlar "tikişsiz" dərini laboratoriya heyvanları üzərində sınaqdan keçiriblər və uğur qazanıblar.
"Bu, siçanlara şalvar geyindirmək qədər asandır", - deyə elm adamları əlavə ediblər.
Mənbə: Lenta.ru / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR