Yasamal rayonunda dezinfeksiya işləri aparıldı
Son günlərdə ölkədə insanlar rasında koronavirus pandemiyasına yoluxma sayında yenidən kəskin şəkildə artması pandemiya əleyhinə tədbirlərin gücləndirilməsinə səbəb olub. Bununla əlaqədar vətəndaşlarımızın sağlamlığının qorunması və xəstəliyin yayılmasının qarşısının alınması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda dezinfeksiya həftəliyi elan edilib və bütün rayonlarda pandemiya əleyhinə profilaktiki tədbirlər həyata keçirilir.
Yasamal Rayon Icra Hakimiyyətindən Azxeber.com-a verilən məlumata görə, ötən gün Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxtın bütün rayonlarında genişmiqyaslı əlavə gücləndirilmiş dezindeksiya illəri aparılıb və gün ərzində 550 küçə və prospekt dezinfeksiya edilib.
Bu gün səhər saatlarından paytaxtın Yasamal rayonunda da ümumşəhər dezinfeksiya həftəliyi çərçivəsində güniş profilaktiki tədbirlər həyata keçirilib. Əvvəlcədən təsdiq edilmiş qrafikə uyğun olaraq kommunal xidmətlərin əməkdaşları tərəfindən yaşayış binalarında, o cümlədən lift kabinalarında, həyət və yaşayış məhəllələrində, avtobus dayanacaqlarında, park və abad həyətlərdəki idman və əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında gündəlik tibbi profilaktik və dezinfeksiyaedici tədbirləri aparılır.
Eyni zamanda həm də əhali arasında maarifləndirmə işləri aparılaraq yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə sakinlərə ilk növbədə virus əleyhinə vaksinasiya olunmağın vacibliyi izah edilir.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR