"Yay aylarında bakterial infeksiyalara daha çox rast gəlinir" - AÇIQLAMA + FOTO

"Yay aylarında bakterial infeksiyalara daha çox rast gəlinir" - AÇIQLAMA + FOTO
Bir neçə həftədir ki, müxtəlif yaş qrupuna aid insanlarda anidən hərarətin qalxması halı müşahidə edilir. Hərarət də ən aşağı 39 dərəcə olur. Bunu bir çoxları günvurma, bəziləri isə yeni virus infeksiyası ilə əlaqələndirirlər. Son günlər daha çox rast gəlinən və insanlarda narahatlıq yaradan bu xəstəlik nə ilə əlaqəlidir?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən terapevt Sübhan Hacıyev son günlər yüksək hərarət səbəbindən həkimə müraciət edənlərin sayının çoxaldığını bildirib:
"Son günlər bu problemlə əlaqədar həkimə müraciət edənlərin sayı çoxalıb. Pasientlər anidən hərarətlərinin yüksəldiyini bildirirlər. Soyuqdəymələri olmadığı halda bədən temperaturu yüksəlir, 39-40 dərəcəyə çatır. Belə simptomlarla müraciət edən vətəndaşlar həkim müayinəsindən keçməlidirlər. Tam müayinədən sonra onlara dəqiq diaqnoz qoymaq mümkündür.
Hərarət 39 dərəcədən yüksək deyilsə, həyat üçün təhlükəli hesab olunmur. Bu, bir növ orqanizmin köməyə çağırış vasitəsidir. Orqanizmdə müdafiə hüceyrələri oyanaraq bakteriya ilə mübarizə aparır. Hərarət varsa, pasienti müayinə edib, infeksion prosesin hansı orqanda getdiyini aydınlaşdırmaq lazımdır. Tənəffüs, sidik, qarın boşluğu orqanlarında infeksion proses hərarəti artıra bilir".
Terapevt rotavirusa yoluxanların da sayında artım müşahidə olunduğunu vurğulayıb:
"Son günlər dəniz mövsümündə bir çox insanlarda ishal və qusma müşahidə olunur. Araşdırma zamanı rotavirusa yoluxanların artdığını görürük. Bəzilərində isə heç bir simptom olmadan hərarət qalxır. Pasientləri müayinə etdikdə yuxarı tənəffüs yollarında virus infeksiyaları aşkarlayırıq.
Kəskin respirator virus infeksiyaları 72 saatdan çox davam etmir. Bakterial infeksiya ilə ağırlaşmasa ciddi müalicə də tələb etmir. Xəstələrə bol maye, C və D vitaminləri qəbul etməyi məsləhət görürük".
S.Hacıyev günvurma ilə hərarət hallarının da artdığını əlavə edib:
"Hərarət artması heç vaxt yoluxucu olmur. Günəşin şüalarının aktiv saatları 11:00 və 17:00 aralığıdır. Günəşin ultrabənövşəyi şüaları baş beyinə təsir edərsə, günvurmaya gətirib çıxara bilə, baş-beyində qan dövranı pozular. Xüsusən xroniki xəstəliyi olan insanlarda bu, daha ciddi fəsadlar yarada bilər".
İnfeksionist Mərdan Əliyev qeyd edib ki, yay aylarında ümumiyyətlə virus infeksiyaları müşahidə edilmir:
"Xəstəlik başqa şəxslərə keçmir. Yayılan xəstəlik virus infeksiyaları deyil. Virus infeksiyaları olarsa, yoluxma baş verər. Həm də yay aylarında virus infeksiyaları müşahidə edilmir. Yay aylarında bakterial infeksiyalar daha çox olur. Havalar isti keçir, tərləmə olur, insanlar soyuq su içir. Belə olan halda boğazda bakterial infeksiyalar üçün şərait yaranır".
M. Əliyev qeyd edib ki, qısa müddət davam edən hərarət istivurmadan olur:
"Günvurmadan beyində dəyişiklik baş verir. Bu da yüksək hərarətə gətirib çıxarır. İstivurmalardan da hərarət yüksələ bilir. Hətta bu, huşun itməsi ilə nəticələnə bilər. 
Bir-iki günlük hərarət istivurmadan olur. Bir çox hallarda bakterial infeksiyalar da ola bilər. Bruselyoz xəstəliyinə də rast gəlinə bilər. Xəstəlik heyvanlardan, pendirdən, çiy süddən keçir. Fərqləndirici xüsusiyyəti odur ki, uzun müddət qızdırma davam edir. Ayaq və oynaqda ağrılar müşahidə olunur".
Nəzrin Vahid

Maraqlı       Tarix: 07 iyul 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO. Alimlər bizdən nisbətən yaxın məsafədə - 55 işıq ili məsafəsində yerləşən "SPECULOOS-3b" adlı, ölçülərinə görə Yerə oxşayan daş planet aşkar ediblər. Araşdırma "Natur

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiqliyini gücləndirir

"Dark store" formatında fəaliyyət göstərən və sürətlə böyüyən onlayn supermarket şəbəkəsi Wolt Market (WM), keçmiş Nəsimi Bazarı ərazisində yeni mağazasının açılışını elan etməkdən məmnunluq duyur. Bu yeni mağaz

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu. BMT Baş Assambleyası 25 may tarixinin Ümumdünya Futbol Günü elan olunması barədə qətnamə qəbul edib. Bu barədə beynəlxalq təşkilatın Mətbuat Xidməti məlumat yayıb. Qey

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu


azerbaycan xeberleri son xeberler yeni xeberler bugünkü son xəbərlər ən son xəbərlər sonxabar az sonxabar