Yayın sevimli tərəvəzi barədə bilmədiklərimiz: Həftədə iki dəfədən çox yemək zəhərləyir - FOTO
Yayın sevimli tərəvəzi barədə bilmədiklərimiz: Həftədə iki dəfədən çox yemək zəhərləyir - FOTO
Yayın ən sevimli tərəvəzlərindən olan badımcan faydalı vitamin və minerallarla zəngin tərəvəzdir. Onun tərkibində "B1", "B6", "K" və "C" vitaminləri, həmçinin kalium, maqnezium, mis və manqan kimi mikroelementlər var. Bundan əlavə, bu tərəvəz əla lif mənbəyidir.
Badımcan - bədəndəki iltihabı, ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır, ürəyin sağlamlığını yaxşılaşdırır və qanda xolesterol səviyyəsini aşağı salmağa kömək edir.
Badımcan təkcə dadlı və qidalı yemək deyil, həmçinin aşağı kalorilidir, arıqlamaq istəyən insanlar üçün əla seçimdir. Bu tərəvəz iştahanı idarə və həzmə kömək edir, qəbizliyin qarşısını alır. Ancaq onları közdə, ya suda bişmiş, yaxud da pörtlədilmiş şəkildə yemək ən yaxşısıdır, yağda qızardarkən, tərəvəzin kaloriliyi artır.
Zərər
Sağlamlıqla bağlı bir sıra faydasına baxmayaraq, badımcan bəzi mənfi təsirlərə səbəb ola bilər.
Birincisi, bəzi insanların bu tərəvəzə qarşı allergiyası ola bilər ki, bu da qaşınma, dəri səpgiləri və ya mədə-bağırsaq pozğunluğu kimi müxtəlif narahatlıqlar yaradır.
Həmçinin badımcan təbii toksin olan solanin ehtiva edir və çox miqdarda istehlak edildikdə zəhərlənməyə səbəb ola bilər.
Bundan başqa bu tərəvəzlərin tərkibində insanlarda böyrək daşları yaradan oksalatlar var.
Qeyd etmək yerinə düşər ki, badımcanın zərəri adətən onların sui-istifadəsi ilə bağlıdır. Onların tövsiyə olunan qəbulu həftədə iki dəfədən çox deyil.
Mənbə: ChitaMedia.su / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR