Yelo Bank Qarabağ Dirçəliş Fondunun Sertifikatı ilə təltif olundu
8 sentyabr 2021-ci il tarixində Qarabağ Dirçəliş Fondu və Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin üzvləri ilə görüş keçirilib.
Azxeber.com xəbər verir ki, görüşdə Qarabağda gedən yenidənqurma işləri ilə bağlı müzakirələr aparılıb, sual-cavab sessiyası təşkil olunub.
Tədbirdə dağıdılmış binaları, yerlə-yeksan olunan tarixi abidələri əks etdirən "Qarabağda Urbisid" adlı sənədli film nümayiş olunub.
Müzakirələr zamanı mövcud donorlarla əməkdaşlığın genişləndirilməsi, dövlət-özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsi və cəmiyyətin müxtəlif təbəqələri ilə yanaşı maliyyə və bank sektorunun da həmrəylik göstərərək prosesə cəlb olunmasının vacibliyi xüsusi vurğulanıb.
Tədbirdə iştirak edən Yelo Bankın İdarə Heyəti sədrinin müavini Yaşar Kərimov Bank adından "Qarabağ Dirçəliş Fondunun İanə Sertifikatı"-nı qəbul edib.
Qeyd edək ki, Yelo Bank dəstək məqsədilə fondun hesabına 100 000 manat məbləğində vəsait köçürüb.
Bundan əlavə, Bankın saytında Fonda dəstək olmaq üçün xüsusi bölmə yaradılıb. Siz də Qarabağımızı əvvəlkindən də gözəl görmək istəyirsinizsə, ianələrinizi edə bilərsiniz.
Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook və Instagram hesablarımıza yazın cavablandıraq!
Yelo Bank – Parlaq bankçılıq
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar