Yeni Zelandiyada yerli qəbilə Baydendən hədiyyəni geri tələb edib - FOTO
Yeni Zelandiyada yerli qəbilə Baydendən hədiyyəni geri tələb edib - FOTO
Yeni Zelandiyadan olan ekoloqlar və yerli Te-tai-tokerau qəbiləsinin nümayəndələri ABŞ Prezidenti Co Baydendən ölkə hökumətinin ona hədiyyə etdiyi qiymətli kauri ağacından hazırlanmış qabı geri qaytarmasını istəyiblər.
Onlar həmçinin Yeni Zelandiyanın Baş naziri Casinda Arderni ABŞ liderinə belə bir hədiyyə verdiyinə görə tənqid ediblər, bu addımı dəhşətli səhv adlandıraraq onun dərhal düzəldilməsini istəyiblər.
"Ölkəmizin ABŞ-a verə biləcəyi hədiyyələr arasında kauri məhsulları ən uyğunsuzudur. Bataqlıq kaurini qorumaq üçün gördüyümüz nəhəng işin fonunda baş nazirimizin bu seçimi sadəcə heyrətə salır", - deyə Şimal Adasının Ətraf Mühit Cəmiyyətinin rəhbəri Fiona Ferrell vurğulayıb.
Qeyd edək ki, Yeni Zelandiya kaurisi (yaxud cənub aqatisi) ən qədim iynəyarpaqlı ağac növlərindən biridir. Ona hələ Yura dövründə (təxminən 150 milyon il əvvəl) rast gəlinib. Qayıq tikintisində istifadə edilən kauri ağaclarının sayı zamanla o qədər azalıb ki, son nümunələr Şimal adasındakı meşədə qorunma altına alınıb. Ağacın hasilatı və emalı 2018-ci ildən qadağan olunub.



Mənbə: Radio New Zealand

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR
Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ