Yer tarixinin 11 milyon il əvvəlki ən böyük gölü: Xəzər dənizinin yarandığı göl Rekordlar Kitabında - FOTO

Yer tarixinin 11 milyon il əvvəlki ən böyük gölü: Xəzər dənizinin yarandığı göl Rekordlar Kitabında - FOTOYer tarixinin 11 milyon il əvvəlki ən böyük gölü: Xəzər dənizinin yarandığı göl Rekordlar Kitabında - FOTO
Qədim Paratetis dənizi Yer tarixinin ən böyük gölü kimi Ginnesin Rekordlar Kitabına daxil edilib. Nəhəng gölün ölçüləri "Scientific Reports" jurnalında dərc edilən 2021-ci il araşdırmasında göstərilib, lakin bu yaxınlarda rekord qeydinin olduğu səhifə kitabın saytında ortaya çıxıb.
Utrext Universiteti alimlərinin Braziliya, Rusiya və Almaniyadan olan həmkarları ilə birlikdə apardığı hesablamalara görə, Paratetis 2,8 milyon kvadratkilometr ərazini tutub. Bu, Aralıq dənizinin sahəsi ilə müqayisə edilə bilər. Su anbarı qərbdə Alp dağlarından şərqdə Türkmənistana qədər uzanıb. Göl təxminən 11 milyon il əvvəl mövcud olub. Onun qismən qurumasından sonra Qara dəniz, Xəzər dənizi və Aral dənizi əmələ gəlib.
Ginnesin Rekordlar Kitabında qeyd edildiyi kimi, tədqiqatçılar Paratetis haqqında məlumat toplamaq üçün müxtəlif üsullardan istifadə ediblər. Əsasən sualtı relyefin 3D xəritələri qurulub və tektonik aktivlik nəzərə alınıb. Elmi məqalə müəlliflərinin fikrincə, qədim su anbarının tədqiqi müasir dəniz və gölləri təhdid edən dəyişiklikləri proqnozlaşdırmağa imkan verir.
"Paratetis" adı 1924-cü ildə rus geoloqu Vladimir Laskarev tərəfindən təklif edilib. Termin göstərir ki, su anbarı qədim Tetis okeanının bir hissəsi olub, lakin Alp, Karpat və bir sıra digər dağ sistemlərini yaranması ilə ondan ayrılıb.
Yer tarixinin 11 milyon il əvvəlki ən böyük gölü: Xəzər dənizinin yarandığı göl Rekordlar Kitabında - FOTOMənbə: Snob.ru

Maraqlı       Tarix: 23 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı. "Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". Bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu


azerbaycan xeberleri yeni xeberler son xeberler son xabar son xeber 2026 butun xeberler xeberler bu gun