Yevlaxda dəhşətli yanğın: "Camaat qorxudan evində rahat otura bilmir" - VİDEO
Yevlaxda dəhşətli yanğın: "Camaat qorxudan evində rahat otura bilmir" - VİDEO
Yevlax şəhəri Çənlibel qəsəbəsində dəhşətli yanğın hadisəsi baş verib.
Bu barədə Oxu.Az-a sakinlər tərəfindən məlumat verilib.
Sakinlərin bildirdiyinə görə, hadisə Yevlax şəhərinin Çənlibel qəsəbəsi İsrafil Məmmədov küçəsində olub. Bu həmin qəsəbədə baş verən ilk yanğın hadisəsi deyil:
"İsrafil Məmmədov küçəsində geniş qamışlıq sahə var. Bu sahə yaşayış evlərinin çox yaxınlığında yerləşir. Dəfələrlə bu ərazidə güclü yanğınlar baş verib. Məsələ ilə bağlı aidiyyəti orqanlara müraciət etsək də, problemin həlli istiqamətində heç bir tədbir görülməyib.
Qəsəbədə rəsmi olaraq 400 ev, İsrafil Məmmədov küçəsində isə 11 həyət evi və dörd ikimərtəbəli yaşayış binası var. Ərazidə demək olar ki, hər il yanğın baş verir. Ən son yanğın dünən olub. Hadisə nəticəsində ətrafdakı evlərə ciddi ziyan dəyib. Qonşulardan birinin motosikleti yanıb. Camaat qorxudan evində rahat otura bilmir. Quru qamışlıq sahədir. Ətrafdan keçən insanların siqaret kötüyü atması belə sahədə böyük yanğının baş verməsinə səbəb ola bilir. İcra strukturları isə əhalinin problemi ilə maraqlanmır. Xahiş edirik, bizə köməklik göstərəsiniz".
Könül Cəfərli /oxu.az
f Paylaş
Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb