Yol polisindən sürücülərə MÜRACİƏT

Yol polisindən sürücülərə MÜRACİƏT"Son vaxtlar ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələri üzrə aparılan araşdırmalar göstərir ki, bir çox qəzalara sürücülərin sükan arxasında yuxulaması səbəb olur. Təəssüf ki, sükan arxasına keçən şəxslər bu kimi məqamlara diqqətsizlik etməklə yalnız özlərinin deyil, digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atırlar".
Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev bildirib.
O qeyd edib ki, 02.11.2021-ci il tarixdə Qaradağ rayonunda 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən növbəti bu cür ağır yol-nəqliyyat hadisəsi baş verib: "Belə ki, saat 04:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisindən keçən 59,8-ci km-də 1980-ci il təvəllüdlü Abıyev Seymur Abı oğlu idarə etdiyi "Ford Transit" markalı, 90-ZX-246 dövlət qeydiyyat nişanlı yük-sərnişin avtomobili ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə qarşıda hərəkətdə olan 1981-ci il təvəllüdlü Güləliyev Mehman Telman oğlunun idarə etdiyi "Howo" markalı, 99-RJ-244 dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa hissəsinə toxunaraq onunla toqquşub.
Qəza nəticəsində "Ford" markalı nəqliyyat vasitəsində olan sərnişinlər - 1963-cü il təvəllüdlü İsmayılova İradə Balaxan qızı, 1975-ci il təvəllüdlü Aşurova Əhliqə Ağasəf qızı ölüb, 1960-cı il təvəllüdlü Məhərrəmova Sulduzə Həsən qızı xəsarət alaraq xəstəxanaya daxil olub. İlkin məlumata görə, hadisənin baş verməsinə "Ford" markalı avtomobilin sürücüsünün sükan arxasında yuxulaması səbəb olub.
Baş Dövlət Yol Polisi İdarəsi belə ağır nəticəli yol-nəqliyyat hadisələrinin yaşanmaması üçün bir daha sürücülərdən iş və istirahət rejiminə düzgün əməl etməyi, yorğun, yuxulu, əzgin halda, dərman preparatlarının təsiri altında sükan arxasına əyləşməməyi xahiş edir. Mümkün qədər hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə də olsa, avtomobilinizi saxlayıb istirahət edin. Bunun üçün respublika əhəmiyyətli yollarda yerləşən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərsiniz".

Sosial       Tarix: 04 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son xəbərlər ensonxeberler maliyye xeberler bugun azerbaycan son xeber bugun