"Yoluxma sayı 10 minə çatsa da, qapanma olmayacaq" - Deputat
"Yoluxma sayı 10 min də olsa qapanma olmayacaq".
KONKRET.az xəbər verir ki, bunu Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, əmək və sosial-siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, bu ştammın yoluxduruculuq qabiliyyəti sürətlidir: "Hər kəs peyvəndlənib. Nə qədər çox yoluxma olsa da hamı qrip kimi keçirir. Kimdən soruşsanız Omikron ştamını klassik formada keçirdiyini deyəcək. Düzdür, elə insan ola bilər ki, bir qədər ağır keçirsin. Lakin əvvvəlki qriplər kimidir.
Bu ştam koronavirus kimi deyil. Bunun yoluxduruculuq qabiliyyəti sürətlidir. Koronavirusdan dəfələrlə artıqdır. Bir saniyədə viruslu xəstə ilə təmasda olan kimi insan xəstələnir. Lakin xəstəlik ağır deyil".
Deputatın fikrincə, koronavirus pandemiyasından öncə də insanlar qrip olan şəxslə sosial məsafə saxlayırdılar:
"Koronavirus pandemiyasına qədər hər hansı bir şəxs qrip olanda hamı kənara çəkilirdi ki, mənə yoluxmasın. Və ya deyirdilər filankəs xəstə idi, mənə də ondan keçdi. Onsuz da həmişə tənəffüs yollarının kəskin respirator yolla keçən xəstəliyi sosial məsafə saxlamağı tələb edirdi. Sosial məsafə saxlamaq, xəstə olan şəxslə məsafəni məhdudlaşdırmaq yeni çıxmayıb. Pandemiyadan öncə də belə olub".
M.İbrahimqızı qeyd edib ki, karantin qaydaları sərtləşdirilməyəcək: "Pandemiya ilk başlayan gündən dünyada insanlar arasında vahimə yarandı. Ona görə, də insanlar ona belə münasibət bəslədi. Xəstələrdən uzaq durmalı, bilmədiyi məclislərə getməməlidir. Çünki elə insanlar var ki, xəsə-xəstə gəlirlər. Maska istifadə edib, sosial məsafə qorunmalıdır. Karantin olacağını düşünmürəm. Məhdudiyyətlər də olmayacaq. Çünki əhalinin 60 faizi peyvəndlənib. Çox adam yoluxub sağalıb".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto