Yoluxmalar əsasən bu növbələrdə əmələ gəlir - Rəşad Mahmudovdan AÇIQLAMA

Yoluxmalar əsasən bu növbələrdə əmələ gəlir - Rəşad Mahmudovdan AÇIQLAMA"Son günlərdə yoluxmanın intensiv şəkildə artmağa davam etməsi həm insanları, həm də aidiyyəti qurumları narahat etməyə başlayıb. Çünki bu şəkildə artışın davam etməsi, rəqəmlərin daha da artmasına gətirib çıxaracaq ki, bu da gələcəkdə səhiyyə sistemi üzərinə, eləcə də xəstəxanaya yatma ehtiyacı olan insanlar üçün problemlərə gətirib çıxara bilər".
KONKRET.az xəbər verir ki, bunu "Qafqazinfo"ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış həkim Rəşad Mahmudov son günlər ölkədə Omicron ştamının sürətlə yayılması məsələsinə münasibət bildirərkən deyib.
O bildirib ki, hər bir dalğanın başlanğıcı olduğu kimi sonu da var: "Yəqin ki, bu dalğa da ortalama olaraq 4-6 həftə içərisində tamamilə sönüb gedəcək. Amma bu dönəmdə yoluxmamaq, yoluxsaq belə xəstəxanaya düşməmək üçün hər bir vətəndaşın üzərinə bir məsuliyyət düşür. Bu məsuliyyət sadəcə cəmiyyət və ölkə adına deyil, həm də hər bir şəxsin öz həyatı və sağlamlığı üçün vacibdir. Bu gün yoluxmamağın ən sadə və rahat yolu preventiv tədbirlərdir. Başlıca olaraq maskadan doğru istifadə etmək, eləcə də yoluxma ehtimalı olan insanlarla təmasların minumum dərəcəyə endirilməsi, insanların kütləvi şəkildə yığışdığı yerlərdən uzaq qalmaqla ən azından dalğa dönəmindəki təhlükələrdən özümüzü bir qədər sığortalamış ola bilərik.
Əlbəttə ki, peyvəndin faydası, eləcə də buster dozanın vacibliyi ilə əlaqədar əlavə bir söz deməyə ehtiyac yoxdur. Bu gün yoluxmanın qarşısını azaltmaqla yanaşı, yoluxsaq belə ağırlaşmaların və həyati təhlükənin qarşısını almağın yeganə yolunun peyvəndlənmə olduğunu artıq hamı bilir. Cəmiyyətimiz peyvəndlənmə prosesində çox zaman aktivlik göstərib. Xüsusilə belə böyük dalğaların olduğu dönəmdə daha çox vaksinasiyaya maraqlı olub. Bu da çox zaman peyvənd olunmaq üçün növbələrin əmələ gəlməsinə gətirib çıxarır. Əsasən də yoluxmalar həmin növbələrdə əmələ gəlir. Ona görə də bu məsələdə hökuməti və ya peyvəndlənmə işini həyata keçirən orqanları günahlandırmaq əvəzinə, cəmiyyətin kütləvi şəkildə dalğanın olduğu dönəmdə hərəkətə keçmələri çox da arzuolunan deyil".
R. Mahmudov sözügedən ştama yoluxma zamanı necə müalicə olunmaq barədə fikirlərini də açıqlayıb: "Qripin müalicəsi sadəcə məsləhətlərə uyğun şəkildə ata-babadan bizə məlum olan yataq istirahəti ilə birgə bol maye qəbul edərək evdə özünü təcrid etməkdən başlayır. Virusun müalicəsində erkən dönəmdə antiviral müalicənin effektivliyi barədə bir çox tədqiqatlar olsa da, əsas məqam lazımsız dərmanların istifadə olunmamasıdır. Bunlar da antibiotiklər, eləcə də deksematozon, prednazolon adı altında olan hormonal terapivtik müalicələr, o cümlədən sistemlərdir. Dərman dediyimiz zaman sadəcə hərarətsalan dərmanlardan istifadə etmək məqsədəuyğundur. Vitaminlərdən çox istifadə etməyin faydasını ortalığını qoyan çox da sübutlar yoxdur. Bunun yerinə Vitamin C-ni təbii qəbul edə biləcəyimiz portağal suyu, limon ilə bədənimizin həmin vitaminlərə olan ehtiyacını qarşılaya bilərik. Bu da xəstəliyə müalicə mənasında çox sadə yanaşaraq nəticələrin daha da yaxşılaşmasına, eləcə də xəstəxanaya düşməməyə gətirib çıxara bilər.
Xəstəxanaya düşdüyümüz zaman isə ağırlaşmaların qarşısının alınması üçün xəstəxanalarda istifadə olunan dərmanların effektivliyinin artmasına səbəb olur. Çünki bir daha diqqətə çatdırmaq istəyirəm ki, xəstəxanada reanimasiyaya düşmüş xəstələrdə ən çox qorxunan hal xəstələrin ora gəlmədən əvvəl istifadə etdikləri güclü antibiotiklər və hormonal terapiyalar olur. Bunu gördüyümüz zaman əlbəttə ki, həmin xəstələrin sağalması və verilən müalicənin nəticə verməsi istiqamətində bizim şübhələrimiz getdikcə artmağa başlayır.
Bu da bir neqativ hal olaraq hər bir cəmiyyət üzvü tərəfindən bilinməsi lazım olan reallıqdır. Ümidvarıq ki, ən qısa müddət içərisində yenə dövlət, hökumət, aidiyyəti orqanlar bu xəstəliklə mübarizədə cəmiyyətlə sıx birləşərək bu dalğanı da geridə buraxacaq. Yəqin ki, Omicron ştamının gedişatından göründüyü qədər bu ştam COVİD-19-la olan problemin həllində açar rolunu oynayacaq. Bunun gələcəkdə pandemiyanın yox olması üçün bir zəmin yaradacağı inancındayıq. Amma əlbəttə ki, bu reallıqları gözləyərkən qurban olmamaq və həyatımızı itirməmək naminə ehtiyatı əldən verməmək üçün hər birimiz məsuliyyət daşıyırıq".

Sağlamlıq       Tarix: 01 fevral 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə


son xeberler azerbaycan xeberleri yeni xeberler futbol xeberleri şou biznes xəbərləri apa.az xeberler sonxeberler