Yuli Sezarın məşhur ifadəsini işlədib öldürüldüyü yerin qapısı turistlərin üzünə açıldı - FOTO
Yuli Sezarın məşhur ifadəsini işlədib öldürüldüyü yerin qapısı turistlərin üzünə açıldı - FOTO
İtaliyanın "Torre Argentina" meydanında Qədim Romanın dövlət və siyasət xadimi, sərkərdə, dünya tarixinin ən güclü insanlarından biri Yuli Sezarın öldürüldüyü yerin qapısı turistlərin üzünə açılıb.
Bu yerdə eramızdan əvvəl 3-cü əsrə aid dörd məbəd və Pompey Teatrının qalıqları var.
Əfsanəyə görə, məhz Pompey Teatrının yaxınlığında sui-qəsdçilər hökmdara hücum ediblər. Sezarın bu gün frazeologiyaya çevrilən məşhur "Sən də mi, Brut?" ("Et tu, Brute?") ifadəsi də elə bu yerdə yaranıb.
Tarixi mənbələrdə bildirilir ki, e.ə 44-cü il martın 15-də (Mart İdesi) Sezar bir qrup senatorun hücumuna məruz qaldı. Dahi sərkərdə başlanğıcda hücum edənlərə qarşı müqavimət göstərsə də, içlərində yaxın dostu (bəzi versiyalara görə, oğulluğu) Brutu gördükdən sonra bu məşhur ifadəni işlədir və mübarizəni dayandırır...
Qeyd edək ki, əvvəllər "Torre Argentina" meydanında bu obyektlərə yalnız uzaqdan baxmaq mümkün idi - xarabalıqlar müasir küçə səviyyəsindən aşağıda yerləşir. İndi isə ora piyada yolu gedir.







Mənbə: Lenta.ru / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR