Yunanlı siyasətçi Türkiyəni "ikili oyun"da ittiham etdi - Riyakar siyasətçilərin ümidi nəyə hesablanıb?

Yunanlı siyasətçi Türkiyəni Avropa Parlamentinin (AP) Kiprdən olan üzvü Lukas Furlas Türkiyəni "ikili oyun" oynamaqda günahlandırıb.
KONKRET.azxəbər verir ki, onun sözlərinə görə, Ankara Rusiya ilə əlaqələri saxlamaqla yanaşı, Ukraynanı silahla dəstəkləyir. Bu barədə Furlasın Avropa Komissiyasına (AK) müraciətində deyilir.
"Mən bir daha Türkiyənin Aİ- yə daxil olan ölkə kimi etibarlılığı məsələsini qaldırıram. Bir müddətdir ki, Türkiyənin mövqeyi Aİ-nin Qəzza zolağında və Ukraynada təəssüf ki, davam edən müharibələrə vahid yanaşmasını sarsıdıb" deyən müraciət müəllifi bu şərtlərə görə Ankaranın Avropa İttifaqına üzv olmaq üçün etibarsız namizəd sayıla biləcəyini vurğulayır.
Türkiyə ikili oyun oynayır. Ukraynaya hərbi texnika satmaqla dəstək verir, eyni zamanda Moskva ilə sıx iqtisadi və siyasi əlaqələr saxlayır.
Bununla əlaqədar olaraq o, AK-yə Türkiyənin "mübahisəli siyasətlərinə" təsir etmək niyyətləri barədə sual verib. "Avropa Komissiyası öz maraqlarına xidmət etmək üçün həm Ukrayna, həm də Rusiya ilə əlaqələr saxlayan üzv ölkənin hərəkətlərini necə şərh edə bilər? Komissiya Ankaranın yeritdiyi və Birliyin birləşməsinə təsir edən ziddiyyətli siyasəti hansı üsullarla və hansı vasitələrlə həll etməyi təklif edir?" – deyə o bildirib.
Avropa İttifaqı və onun sözçüləri daim riyakar siyasəti ilə dünyanı boğaza yığıb. Amma "Utanmasan, oynamağa nə var ki" prinsipi ilə qardaş Türkiyənin "əl-ayağını yeyir". Türkiyə son illərdə xarici siyasətini uğurla davam etdirir ki, bu da avropalı siyasətçiləri ciddi narahat edir. Onlar bu qaranlıq vadidə-müharibə və xaosda Türkiyəni dağılan ölkə kimi görmək istəyirlər. Bircə sözlə desək, ALINMAYACAQ.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 08 avqust 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakista

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib


yeni xeberler azerbaycan xeberleri son xeberler son xabarlar metbuat son xabar son xeberler azerbaycan