YUNESKO və İSESKO Qubadlıda erməni vandalizmi ilə üzləşmiş məscidə dair qərar verməlidir - VİDEO

YUNESKO və İSESKO Qubadlıda erməni vandalizmi ilə üzləşmiş məscidə dair qərar verməlidir - VİDEOYUNESKO və İSESKO Qubadlıda erməni vandalizmi ilə üzləşmiş məscidə dair qərar verməlidir - VİDEO
İşğaldan azad edilmiş rayonlarımızın dini ibadətgahlarının - məscidlərin, mədrəsələrin, türbələrin erməni vandalizmi tərəfindən pis vəziyyətə salınmasına dəfələrlə rast gəlmişik.
Bu yaxınlarda həmin mənzərəni işğaldan azad olunmuş Zəngilan rayonundakı məscidlərdən birində müşahidə etmişdik.
Elə oxşar mənzərə Qubadlının Məmər kəndində də var. Oktyabrın 30-da işğaldan azad edildiyi açıqlanmış bu kəndin tarixi məscidi də erməni vandalizminin qurbanı olub. Burda da İslam dininə hörmətsizlik edilib, bu torpaqlardan bir daha çıxmayacaqlarmış kimi həmin məsciddə müsəlmanlar üçün Allahın haram buyurduğu donuz saxlanılıb.
Məlumat üçün bildirək ki, bu məscid dini ibadətgah olmaqla bərabər, həm də tarixi kompleksdir. Çünki məscidin üç əsrlik yaşı var. XVIII əsrdə inşa olunmuş Məmər məscidi ateist baxışları dəstəkləyən sovet hakimiyyəti dövründə anbar binası kimi istifadə olunub. Azərbaycan müstəqillik əldə edəndən sonra bərpa edilərək öz əvvəlki funksiyasını yerinə yetirib. Lakin videodan da göründüyü kimi, Qubadlı rayonu 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra dağıdılıb və donuz tövləsinə çevrilib.

Bu abidənin dini məscid və dini kompleks olduğunu nəzərə alsaq, təhsil məsələləri üzrə İslam təşkilatı olan İSESKO, həmçinin mədəni irs nümunəsi olduğunu nəzərə alsaq, BMT-nin elm, təhsil və mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan YUNESKO (UNESCO) məlumatlandırılmalıdır. Qoy, lazımi orqanlar vasitəsilə beynəlxalq ictimaiyyət bir daha ermənilərin vandalizminə, öz dinlərindən başqa dinlərə hörmət qoymadıqlarının şahidi olsunlar.
Xüsusilə diqqətə çatdıraq ki, 1954-cü ildə Haaqada qəbul edilmiş "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya"ya əsasən, işğalçı dövlət mədəni sərvətlərin dağılmasına, talan edilməsinə, qeyri-qanuni mənimsənilməsi hərəkətlərinə yol verməməli, bu sərvətlərə qarşı yönəlmiş düşmənçilik hərəkətlərindən çəkinməlidir.
Səbuhi Musayev /oxu.az

Sosial       Tarix: 06 noyabr 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı

Bakıda bəzi ərazilərdə həyata keçirilən infrastruktur və şəhərsalma layihələri həmin ərazilərdə mənzil qiymətlərinə və investisiya cəlbediciliyinə təsir göstərə bilər. Nəqliyyat imkanlarının genişlənməsi, yeni yolların v


azerbaycan xeberleri yeni xeberler son xeberler axsam.az xeberler maşın realiti şou xeber.az hava haqqinda