Yupiterdə alimləri təəccübləndirən xüsusiyyət kəşf edildi - FOTO

Yupiterdə alimləri təəccübləndirən xüsusiyyət kəşf edildi - FOTOYupiterdə alimləri təəccübləndirən xüsusiyyət kəşf edildi - FOTO
Astronomlar Kosmik Uebb Teleskopundan istifadə edərək Yupiterin atmosferində əvvəllər məlum olmayan xüsusiyyəti aşkar edə biliblər. Bu, yüksək hündürlükdə Yerdəki 5-ci kateqoriya qasırğalarından daha güclü olan xüsusilə güclü külək zonasıdır.
Bu barədə araşdırma "Nature Astronomy" jurnalında dərc olunub.
Yupiterin Uebb Kosmik Teleskopu tərəfindən çəkilmiş şəkillərinin təhlili göstərdi ki, qaz nəhənginin yuxarı atmosferində, aşağı stratosferdəki buludlardan təxminən 40 km yüksəklikdə, əvvəllər məlum olmayan cərəyan mövcuddur. Burada küləyin sürəti saatda 515 km-dən çoxdur, bu isə Yerdə ən yüksək, beşinci kateqoriyalı qasırğalardan 2 dəfə güclüdür.
Alimlər artıq yaxşı öyrənilmiş kimi görünən planetdə yeni kəşfdən təəccübləndiklərini bildiriblər.
Mütəxəssislər Yupiterdəki cərəyanın ekvatorun üstündə yerləşdiyini və eninin 4800 km olduğunu müəyyən ediblər. Yeni kəşf qaz nəhənginin atmosferinin müxtəlif təbəqələrinin necə qarşılıqlı əlaqədə olduğunu anlamağa imkan verir.
Yupiter Yerdən çox fərqli olsa da (ən azı ölçüsünə və qaz nəhəngi olmasına, planetimizin isə qayalıq dünya olmasına görə), onları çoxqatlı atmosferin olması birləşdirir. Əvvəlki müşahidələr artıq atmosferin aşağı qatında nəhəng tufanların və donmuş ammonyak buludlarının olduğunu göstərib.
Alimlər hesab edirlər ki, Yupiter atmosferinin müxtəlif təbəqələrində küləyin sürəti planetin ekstremal hava şəraitinə səbəb olur.
Hazırda alimlər qaz nəhənginin atmosferinin müxtəlif təbəqələrində küləklərin hansı xüsusiyyətlərə malik olduğunu dəqiq öyrənmək üçün yeni müşahidənin nəticələrini əvvəlki tədqiqatların nəticələri ilə müqayisə etmək istəyirlər. Tədqiqatın müəlliflərinin sözlərinə görə, onlar Yupiterdə əlavə müşahidələr aparmaq, aşkar edilmiş cərəyanın sürətinin və ölçüsünün zamanla dəyişib-dəyişmədiyini də öyrənmək istəyirlər.
Yupiterdə alimləri təəccübləndirən xüsusiyyət kəşf edildi - FOTOYupiterdə alimləri təəccübləndirən xüsusiyyət kəşf edildi - FOTOYupiterdə alimləri təəccübləndirən xüsusiyyət kəşf edildi - FOTO/ oxu.az

Maraqlı       Tarix: 24 oktyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu. BMT Baş Assambleyası 25 may tarixinin Ümumdünya Futbol Günü elan olunması barədə qətnamə qəbul edib. Bu barədə beynəlxalq təşkilatın Mətbuat Xidməti məlumat yayıb. Qey

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah


azerbaycan xeberleri son xeberler yeni xeberler axsam.az xeberler son xeberler bugun 2026 azerbaycan hava proqnozu son xəbər