"Z-blogerlər"in hədəfi: Rusiya informasiya savaşı ilə Azərbaycana təzyiq göstərir

Hacıbəy Heydərli: "Rusiya Azərbaycana qarşı qara piar aparır"
Qulu Məhərrəmli: "Rusiyanın müraciəti təxribat xarakterlidir"
İyulun 14-də Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib.
Mətbuat Şurasından verilən xəbərə görə, iclasda Rusiya Jurnalistlər İttifaqının "Sputnik Azərbaycan" agentliyinin əməkdaşlarının həbsi ilə bağlı xarici təşkilatlara, jurnalist və hüquq- müdafiə assosiasiyalarına məktubu, həmçinin, həmin məktuba cavab olaraq Şuranın beynəlxalq ictimaiyyətə ünvanladığı müraciət müzakirə olunub.
Qeyd edək ki, "Sputnik Azərbaycan"ın əməkdaşlarının Rusiya kəşfiyyat orqanları ilə  əməkdaşlığı və bununla bağlı həyata keçirilən həbslər fonunda Rusiyanın Azərbaycana qarşı siyasi təzyiqləri davam edir. Azərbaycan Mətbuat Şurası da məsələyə münasibət bildirərək beynəlxalq ictimaiyyətə rəsmi müraciət ünvanlayıb.
azxeber.com xəbər verir ki, MŞ İdarə Heyətinin üzvü, BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri, professor Qulu Məhərrəmli mövzu ilə bağlı Sherg.az-a açıqlama verib:
"Mətbuat Şurasının yaydığı müraciəti geniş yayılıb və müxtəlif dillrə tərcümə olunaraq Avropa ölkələrində də ictimaiyyətə çatdırılıb. Bu sənəd, Rusiyanın informasiya məkanında apardığı təbliğata və siyasətə qarşı yönəlib. Müraciət həmçinin digər ölkələrin daxili işlərinə müdaxilə cəhdlərinə qarşı etiraz nümunəsidir. Media vasitələrinin düşmənçilik aləti kimi istifadə olunması yolverilməzdir. Mətbuat Şurası da bu hallara qarşı qəti mövqe sərgiləyərək etirazını bildirib".
MŞ İdarə Heyətinin üzvü, "azxeber.com" saytının baş redaktoru Hacıbəy Heydərli isə Azərbaycan Mətbuat Şurasının idarə heyyətinin iclasında son dövrlər Rusiya media seqmentində Azərbaycana qarşı yönəldilən qara piar kampaniyası ilə bağlı müzakirələrin aparıldığını söyləyib:
"Son dövrlər Rusiyanın istər ənənəvi, istər televiziya, istərsə də sosial şəbəkələrində Azərbaycana qarşı dezinformasiya kompaniyası aparılır. Bu kampaniyanın başında Rusiya hakimiyyətinin idarə etdiyi iddia edilən "Z-blogerlər" qrupu dayanır. 2022-ci il Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Rusiyanın teleqram sosial şəbəkəsinin bir qrup blogeri bu müharibəyə haqq qazandırmaq məqsədi ilə səhifələr açdılar. Onlara Qərb mediasında, BBC-nin araşdırmasında "Z-blogerlər" qrupu adı verildi. Rusiya hakimiyyətini dəstəkləyən bu jurnalist və blogerlər son dövrlər, xüsusilə Yekaterinburq hadisəsindən sonra Azərbaycana qarşı saxta xəbər kampaniyası aparırdılar. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyünə təhdidlər, onun dövlət qrumları haqqında dezinfomasiya tipli məlumatlar yayımlayırdılar".
Baş redaktor Mətbuat Şurasının beynəlxalq təşkilatlara müraciət etdiyi məktubu çox yerində atılmış bir addım kimi qiymətləndirib:  
"Rusiya dünyada jurnalistlərin hüquqlarının pozulduğu, onlara qarşı təqiblərin ən çox olduğu ölkədir. Bu ölkədə son illər təkcə jurnalistlər deyil, ümumiyyətlə sosial media fəalları ağır ittihamlarla həbs ediliblər. 
Hansısa azad fikirdən, azad sözdən danışmağa Rusiya hakimiyyətinin heç bir halda haqqı yoxdur. Belə olan təqdirdə beynəlxalq təşkilatlar da Rusiyanı antidemokratik ölkə kimi tanıyırlar. Rəsmi Moskvanın Azərbaycanla bağlı beynəlxalq təşkilatlara ünvanladığı müraciət boş kağız parçasından başqa bir şey deyil. Beynəlxalq təşkilatlar da bu vəziyyəti yaxşı bilirlər. Onlar Azərbaycan Mətbuat Şurasının Rusiya Jurnalistlər İttifaqı haqqında ünvanladığı məktuba operativ reaksiya verməli və Rusiyanı növbəti dəfə azad sözə, demokratiyaya basqı edən ölkə kimi təqdim etməlidirlər".

Siyasi       Tarix: 16 iyul 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı


yeni xeberler son xeberler azerbaycan xeberleri hava durumu azerbaycanda son xeberler xəbər.az cəbhədən ən son xəbərlər