Zatulindən İrəvana SƏRT MESAJ: "Əgər Ermənistan Avropa İttifaqına daxil olsa..."

Zatulindən İrəvana SƏRT MESAJ: Ermənistan hökuməti ölkənin Avropa İttifaqına daxil olması prosesinə başlamaq üçün qanun layihəsini təsdiqlədiyi vaxtdan Moskva dəfələrlə İrəvanın hərəkətlərindən narazılıq ifadə edib. Məsələ Rusiya və Ermənistan XİN rəhbərlərinin Moskvada keçirilən görüşündə də müzakirə olunub.
Görünən odur ki, Rusiya Ermənistanı Aİİ və Aİ arasında seçimə məcbur edir. Bununla yanaşı, Moskva Paşinyana mesaj verir ki, Ermənistanın bu iki təşkilatda eyni vaxtda fəaliyyəti sadəcə mümkün deyil. Rusiya bununla bağlı dəfələrlə ayrı-ayrı yüksək çinli məmurların dilindən bəyanatlar da səsləndirib. Rusiya baş nazirinin müavini Aleksey Overçuk da eyni mövzuya toxunub və hətta jurnalistlərə bildirib ki, İrəvanın Avropa İttifaqına daxil olması onun Aİİ-dən çıxmasına səbəb ola bilər. Eyni zamanda bu addım ermənilər üçün Avrasiya bazarının bağlanması deməkdir:
"Burada həll yolu çox aydındır. Avropa İttifaqı ilə bazarların açılması Avrasiya İqtisadi İttifaqı ilə bazarların bağlanması deməkdir. Əks halda Avrasiya İqtisadi İttifaqındakı istehsalçılarımız zərər görəcək. Ermənistan üçün Aİ ilə idxal gömrük tariflərinin sıfırlanması avtomatik olaraq gömrük sisteminə qayıdış demək olacaq", – Rusiyanın Baş nazirinin müavini qeyd edib.
KONKRET.az xəbər verir ki, bu mövzunu davam etdirən Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan mallarının ixracının 80% azalacağını proqnozlaşdırıb. İrəvanın Aİİ ölkələri ilə ticarət dövriyyəsini hətta ortamüddətli perspektivdə alternativ mənbələrlə əvəz etməyin mümkün olmadığını vurğulayıb. Rusiyalı diplomat 2015-ci ildən başlayaraq Ermənistandan ixracın əsasən Rusiya hesabına 10 dəfə artdığını da qeyd edib və xatırladıb ki, ötən il respublikanın təkcə Rusiya ilə ticarət dövriyyəsi 12 milyard dollara yaxınlaşıb:
"Ermənistandan nə Avropada, nə də ABŞ-də heç kim mal gözləmir. Gözləsəydilər, indiyə kimi alardılar. Doğurdan da bu qədər kömək etmək istəyirlərsə və erməni malları əvəzolunmazdırsa, niyə Ermənistanı yaxın buraxmırlar?"- deyə Zaxarova bildirib.
Moskvanın Ermənistana ünvanladığı qınaq xarakterli bəyanatlar göstərir ki, Rusiya hələ də İrəvanın Avropa istəklərinə düşmənçiliklə yanaşır. Ona görə də Moskvanın İrəvana təzyiqlərini davam etdirəcəyi şübhəsizdir. Moskva yaxşı bilir ki, onun Ermənistan üzərində Brüsseldən daha açıq üstünlüyü var. Birincisi, Ermənistan iqtisadi cəhətdən Aİİ-dən və bilavasitə Rusiyadan çox asılı olduğuna görə, bu təşkilatdan çıxacağı təqdirdə iqtisadi uçurumun astanasında qala bilər. Bunu 2024-cü il üçün Ermənistanla Rusiya arasında əmtəə dövriyyəsinin təqribən 12 milyard dollar təşkil edən rəqəmləri də aydın şəkildə təsdiq edir. Bu, Moskvanın əlində olan əsas arqumentdir.
İkincisi, Rusiya çox yaxşı başa düşür ki, Aİ heç də əl-qolunu açıb dilənçi kökündəki Ermənistanı gözləmir. Ermənistanın Aİ üzv olmaq perspektivi qeyri-müəyyəndir və ən İrəvan on illərlə Avropanın qapısında gözləməli olacaq. Yeri gəlmişkən, Ermənistan cəmiyyətinin indiki reallığı qiymətləndirməyə qadir olan bəzi təbəqələri də təxminən eyni fikirdədir. Ermənistanın Avropaya meyl etməsi Rusiyada erməni maraqlarının qızğın müdafiəçiləri tərəfindən tənqid edilir. Məsələn, onlardan biri, Konstantin Zatulin Ermənistanın Aİ ilə yaxınlaşması fonunda İrəvana mesaj göndərib.
Qatı ermənipərəst Zatulin bildirib ki, Ermənistan Avropa İttifaqına daxil olarsa, dərhal Avrasiya İqtisadi İttifaqını tərk etməlidir. İndi Moskvanın əsas vəzifəsi Ermənistan üzərində təsir rıçaqlarını saxlamaqdır. Bununla belə, Paşinyanın iki stulda oturmaq istəyini nəzərə alsaq, düşmən ölkə üçün Rusiya stul verməyəcək. Avropada isə Ermənistanı gözləmirlər. Deməli, dalan dövlətə çevrilən Ermənistan Cənubi Qafqazda yenə region dövlətlərinin ümidinə qalacaq və nəticədə Türkiyə və Azərbaycanın qapısına gələcək.
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 01 fevral 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident onları təltif etdi

Auditorlar Palatası üzvləri və əməkdaşları "Tərəqqi" medalı ilə təltif ediliblər. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, auditor fəaliyyətinin inkişafında xidmətlərin

Ermənistan Qərbi Azərbaycanda xalqımızın tarixi irsini məhv edib

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistanın revanşist dairələrində verilən reaksiyalar qəbuledilməz və təəssüf doğurucudur. Ermənistan cəmiyyətind

Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik

Azərbaycan çox nadir müsəlman ölkələrindəndir ki, Avropa təşkilatlarında iştirak edir. Ona görə biz bilirik orada nələr baş verir. Bu fikirləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşünd

İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da paytaxtın Qaradağ rayonunda 100 MVt gücündə "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. xəbər verir ki, energetika nazir

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir

Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir. Bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimi

Alen Simonyan Moskvadan soruşdu: "Baza mövzusunu kim qaldırıb?"

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib ki, Gümrüdəki Rusiya 102-ci hərbi bazasının mövzusunu İrəvan qaldırmayıb. Ermənistan KİV-inə istinadən xəbər verir ki, jurnalistlərə açıqlamasında Simonyan bildiri

Kallas Putin və ya Lavrovun zənginə cavab verməyə hazır olduğunu bildirib

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiya Prezidenti Vladimir Putin və ya xarici işlər naziri Sergey Lavrovun ona zəng edəcəyi təqdirdə telefon danışığı aparmağ

Qarabağa diplomatik səfər və Ermənistanın "suverenlik sınağı"

Bəzən bir diplomatik səfər uzun siyasi bəyanatlardan daha çox həqiqəti üzə çıxarır. Sentyabrın 11–12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri də məhz bel

Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları

"Mən artıq demişəm ki, "biz sizi basdıracağıq" sözlərini sizin məzarqazanlarınızın etdiyi kimi hərfi mənada başa düşmək lazım deyil… Söhbət cəmiyyətin sırf tarixi inkişafından gedir. Kapitalizm öz əsrini baş


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən görüntüleri xeberler bugun beynelxalq bank mezenne qarabag