Zaxarova Azərbaycan və Rusiyanın adından yayılan saxta məktublar haqda danışdı
"Azərbaycan və Rusiya rəsmilərinin adından yayılan saxta məktubların arxasında Bakı ilə Moskva arasında çoxillik münasibətləri korlamağa çalışanlar dayanır".
KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərin saxta məktubla bağlı suallarını cavablandırarkən bildirib.
"Ümid edirəm ki, Rusiya və Azərbaycan xalqları bundan sonra da normal münasibətlər quaracaqlar və birgə yaşayacaqlar", - deyə Zaxarova bildirib.
O qeyd edib ki, iki ölkə arasında və ümumilikdə MDB üzvü olan ölkələr arasında münasibətlərin pisləşməsi cəhdlərinin arxasında Qərb dayanır.
"Onlar [Qərb] milyardlarla pul ödədiklərini və hər şeyə hazır olduqlarını gizlətmirlər. Məqsədləri budur ki, geniş Avrasiya məkanımız daim təxribatlar və digər çirkin alətlərlə təzyiq altında qalsın", Zaxarova əlavə edib.
Xatırladaq ki, yanvarın ortalarında xarici işlər naziri Sergey Lavrovun azərbaycanlı həmkarı Ceyhun Bayramova göndərdiyi iddia edilən məktub internetdə yayılıb. Rusiya Xarici İşlər Nazirliyi bu məktubu "reallıqla heç bir əlaqəsi olmayan həyasız saxtakarlıq" adlandırıb. İngilis dilində yazılmış mətndə iddia edilir ki, Rusiya öz hava məkanının təhlükəsizliyinə zəmanət verə bilməz.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin yaydığı saxta bəyanatda iddia edilib ki, istintaqın ilkin nəticələri guya AZAL təyyarəsinin quşlarla toqquşması versiyasını təsdiqləyir.
Natiq Səlim,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı