Zelenski Azərbaycan barədə: "İlham Əliyevlə danışdıq..."
Moldova Prezidenti Maya Sandu Ukraynada səfərdədir.
KONKRET.az xəbər verir ki, o, Kiyevdə ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşüb.
Görüşdə regional vəziyyət və enerji problemlərini müzakirə olunub.
Birgə mətbuat konfransında Zelenski ortaq problemlərin həllində əməkdaşlığın vacibliyini vurğulayıb.
"Qonşularımız ciddi və qeyri-sabit vəziyyətlə üz-üzədir, biz bunu yalnız birgə səylərlə həll edə bilərik. Buraya enerji sektoru və qarşılıqlı düşmənimizin təkcə Moldovanın deyil, bütün regionumuzun maraqlarına qarşı istifadə etdiyi bir çox sosial məsələlər daxildir. Böhransız Moldova bizim təhlükəsizliyimizdir", – o deyib.
Zelenski əməkdaşlığın zəruriliyini vurğulayıb: "Biz birlikdə işləməliyik, bir-birimizi dəstəkləməliyik və insanlara kömək edə biləcək birgə həllər tapmalıyıq".
Ukrayna lideri enerji məsələlərindən danışarkən Azərbaycandan söz açıb. O bildirib ki, Azərbaycan kifayət qədər böyük qaz həcminə malikdir.
"Bu, Ukraynaya, Moldovaya, Slovakiya və digər ölkələrə də bəs edər. Bu yaxınlarda bu barədə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə də danışdıq. Ölkənin Ukrayna da daxil olmaqla, digər ölkələrə ixrac oluna biləcək böyük qaz həcmləri var. Tədarük marşrutları da mövcuddur. Siyasi iradə də var. Şərqi Avropa ölkələri buna hazırdır", – deyə Ukrayna Prezidenti vurğulayıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Söhbət zamanı Azərbaycan ilə Ukrayna arasında siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələr, energetika sahəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunub.
KONKRET.az

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi