Zəlzələ bölgələrinə ikinci əl geyim və mallar niyə qəbul edilmir? - FOTO

Zəlzələ bölgələrinə ikinci əl geyim və mallar niyə qəbul edilmir? - FOTOZəlzələ bölgələrinə ikinci əl geyim və mallar niyə qəbul edilmir? - FOTO
AFAD və Qızıl Aypara tərəfindən Türkiyədə baş verən zəlzələdə zərərçəkənlər üçün vətəndaşlardan soyuq hava şəraiti ilə əlaqədar geyim ianələri istənilib. Ancaq Zonguldak Bələdiyyə Başçısı Ömər Səlim Alan və Qızıl Aypara Cəmiyyətinin sədri Kerem Kınıkın insanlara ikinci əl mallarla bağlı müraciəti sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.
Belə ki, Ömər Səlim Alan müraciətində deyib:
"Bizim kömək edənlərdən xüsusi xahişimiz var. Bu, həqiqətən vacibdir. Buradakı dostlarımızın daha koordinasiyalı və daha sürətli işləməsini istəyiriksə, lütfən, ikinci əl paltar gətirməyin. Bundan başqa ərzaq yardımı da qəbul edirik. İkinci əl soba da ola bilər, amma ikinci əl paltar əsla. Çünki işimiz uzanır. Bu, həqiqətən vaxt itkisidir".
Qızıl Aypara Cəmiyyətinin sədri Kerem Kınık da eyni müraciəti edib.
"Bizə adyal və qızdırıcılar lazımdır. Çadırlar üçün qızdırıcıya ehtiyacımız olacaq. Palto, ayaqqabı, paltar lazımdır. Ancaq ikinci əl deyil, istifadə olunmamış", - deyə o bildirib.
"Liste List" bu müraciətlə bağlı araşdırma aparıb.
Məlum olub ki, ikinci əl paltarları göndərənlərin hamısı, təəssüf ki, təmiz göndərmir. Belə vəziyyətdə qoturluq, göbələk kimi bəzi xəstəliklər, xüsusilə zəlzələ zamanı yaralanan insanlar üçün problem yarada bilər.
Kanal bununla bağlı görüntülər də yayıb.
"Hətta belə böyük bir fəlakət zamanı bəzi bədxahlar göstərildiyi kimi çirkli paltarlar göndərirlər. Sosial şəbəkələrdəki paylaşımlarda insanların "kömək" adı altında ianələri təəssüf doğurur. İkinci əl paltarlarla məşğul olmaq vaxt apardığından onu qəbul etməmək daha məntiqli görünür", - deyə kanaldan vurğulanıb.
Zəlzələ bölgələrinə ikinci əl geyim və mallar niyə qəbul edilmir? - FOTOZəlzələ bölgələrinə ikinci əl geyim və mallar niyə qəbul edilmir? - FOTOZəlzələ bölgələrinə ikinci əl geyim və mallar niyə qəbul edilmir? - FOTO/ oxu.az

Maraqlı       Tarix: 08 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxeber az xəbər.az xankendi xəbər