Zəlzələdən ziyan çəkən sakinlərə tikilən evlərin sayı açıqlandı

Zəlzələdən ziyan çəkən sakinlərə tikilən evlərin sayı açıqlandıZəlzələdən ziyan çəkən sakinlərə tikilən evlərin sayı açıqlandı
Zəlzələ nəticəsidə evsiz qalan əhali üçün tikiləməsi nəzərdə tutulan 580 fərdi yaşayış evindən 453-ü artıq sakinlərə təhvil verilib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin zəlzələ bölgəsinə ezam olunan nümayəndəsi Həsən Qasımzadə "Real" TV-yə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, fevral ayında baş verən zəlzələ nəticəsində evsiz qalan sakinlər üçün 10 ay ərzində  fərdi yaşayış mənzilləri tikilib:
"Bildiyiniz kimi, fevralın 5-də Şamaxı, Ağsu və İsmayıllı rayonunda zəlzələ baş verib. Cənab prezident zəlzələnin yaratdığı fəsadların dərhal aradan qaldırılması ilə bağlı tapşırıqlar verib.
Həmin tapşırıqlar əsasında hər üç rayona mütəxəssislərimiz ezam olunub və görülən işlərə birbaşa nəzarət edilib. Bu günə kimi komissiyamız evlərinə ziyan dəyən ailələrlə görüşüb, dəymiş ziyan hesablanıb.
Ümumilikdə komissiyanın fəaliyyəti dövründə vətəndaşlar tərəfindən 10 min 650 müraciət daxil olub. Onlardan 10 min 609 ünvana baxış keçirilib və aktlaşdırılıb. Komissiyanın rəyinə əsasən, 709 evin kəskin qəzalı, 2886 evin bərpaya ehtiyacı olduğu, 4825 evdə isə təmir işlərinin zəruri olduğu qeydə alınıb.
Region üzrə 580 fərdi evin tikintisinə başlanılıb və 453 fərdi yaşayış evi tikilərək vətəndaşların istifadəsinə verilib. Hazırda 127 fərdi evdə son tamamlanma işləri gedir ki, ilin sonuna qədər o evlər də vətəndaşların istifadəsinə veriləcək.
Tikintisinə mart ayının 7-də başlanılan dördmərtəbəli 44 yaşayış mənzili olan binada işlər 6-7 ay ərzində başa çatdırılaraq sakinlərin istifadəsinə verilib. Ötən gün ölkə başçısı binanın açılışında iştirak edib.
Bina artıq hazırdır. Bir ailə artıq binaya köçüb, digər 43 ailənin də mənzillərə köçməsi təmin ediləcək. Şamaxı rayonunda bundan başqa beşmərtəbəli, 20 mənzilli yaşayış binası da artıq istifadəyə hazır vəziyyətdədir. Hazırda 110 mənzilli beşmərtəbəli binanın tikintisi isə davam edirilir".
FHN rəsmisi onu da əlavə edib ki, fərdi yaşayış evlərinin tikintisi yalnız Şamaxıda deyil, zəlzələdən ziyan görmüş Ağsu və İsmayıllı rayonlarında da aparılır. 
Könül Cəfərli /oxu.az

Sosial       Tarix: 06 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı

Küçədə yaşayan heyvanların sahibsiz olması onların hüquqsuz olduğu anlamına gəlmir. Heyvana ağrı və əzab vermək, onu döymək və ya döyüşdürmək qanunvericiliklə inzibati məsuliyyət yaradan əməllər sırasındadır. Azərbaycan Respublikasını

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbərlər qurban bayrami 2026 xeberler bu qun beynelxalq bank mezenne