Zemfira Meftahətdinova: "Oğluma layla oxuyanda ağlayırdı, deyirdi, ana, oxuma" - FOTO

Zemfira Meftahətdinova: Zemfira Meftahətdinova: "Oğluma layla oxuyanda ağlayırdı, deyirdi, ana, oxuma" - FOTO
 "Yarışlarda o idmançı qalib gəlir ki, özü ilə mübarizə apara bilir. Gərək idmançı kənarda olan heç nəyə reaksiya verməsin, dəstək üçün gələnlərin alqış, qışqırıq səslərini eşitməsin, hərəkətdə olan heç kimi və heç nəyi görməsin, fikri tam hədəfdə olsun. Bu gün Azərbaycanda bütün sahələr, o cümlədən idman sahəsi xüsusi inkişaf dövrünü yaşayır".
Bu sözləri "Kaspi"- qəzetinə Stend atıcısı, beynəlxalq dərəcəli SSRİ idman ustası, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Olimpiya, Avropa və Dünya çempionu Zemfira Meftahətdinova ilə atıcılıq idman növü haqqında danışarkən deyib. 
Zemfira Meftahətdinova: Atıcılıq üzrə zəngin idman tarixi
Atıcılığa həvəsi evlərinin yanındakı atıcılıq poliqonundan gələn atış səslərindən yaranan çempionumuz deyir ki, "məni məhz o səslər cəlb etdi, o gündən atıcılıqla məşğulam". Zemfira xanım bu idman növünün tarixindən və bu günündən danışdı: "Azərbaycanın atıcılıq üzrə zəngin idman tarixi var. Sonuncu SSRİ Xalqlarının Spartakiadasında Azərbaycanın kişilərdən ibarət komandası çempion olub. Tarix boyu idmanın bu növü üzrə dünya çempionlarımızla fəxr etmişik. Amma buna baxmayaraq, o vaxtlar atıcılıq elə də kütləvi deyildi. Bildiyimiz kimi, Olimpiya oyunları ən möhtəşəm yarışdır. İdman yarışlarının zirvəsidir. Bütün idmançılar orada çıxış etməyə çalışır. Olimpiada yarışlarından sonra dövlətin bu idman növünə göstərdiyi diqqət, verdiyi dəstəklə çox geniş auditoriyaya çıxdı. O vaxta qədər ölkəmiz üçün ənənəvi olmayan atıcılığa maraq daha da çoxaldı. Mətbuatdan da çox işıqlandırdılar. Bütün xalq onu izlədi və azarkeşlik etməyə başladı. Qayda belədir ki, hansı idman növü qalibdirsə, onunla daha çox maraqlanırlar. Beləliklə, atıcılığa gələn uşaqların sayı artmağa başladı. Ona qədər mən dünya çempionu da olmuşam, Avropa çempionu da. Amma bunu ancaq yaxın adamlar və idman sahəsində olanlar bilirdi. Cəmiyyət, ölkə olaraq məni Olimpiadadan sonra tanıdılar, həmçinin də sahəmi. İstər-istəməz bu idman növü populyarlaşdı, axın çoxaldı. İndi də atıcılığa maraq azalmayıb, valideynlər uşaqları həvəslə gətirirlər".
Zemfira Meftahətdinova: "Yaxşı nəticələr göstərmək üçün..."
"Bu idman növünə uşaqları 12-13 yaşından götürürlər", - deyir Zemfira xanım: "Uşaq bir az böyüməli, sümükləri bərkiməli, orqanizmi möhkəmlənməlidir. Çünki silah ağırdır. Ağırlıqdan skolioz ola, sümüklərdə əyilmə baş verə bilər. Atıcılıq elə bir idman növüdür ki, ona çox zaman ayırmaq lazımdır. Bizim dövrdə asudə vaxtımız sanki daha çox idi, idmanla məşğul olmaq üçün də vaxtımız daha çox olurdu. İndiki dövrdə uşaqlar artıq yuxarı siniflərdə yaxşı universitet qazanmaq üçün daha çox dərslərlə məşğul olur. Amma bu rejim bizim növümüzdə çətinlik yaradır. Çünki atıcılığın hər iki növü – güllə və stend atıcılığında yaxşı nəticələr göstərmək üçün davamlı və uzunmüddətli məşğələlərə ehtiyac var".
Zemfira Meftahətdinova: Atıcılığın əsas tələbləri 
Çempion xanım deyir ki, idmançı mütləq nizam-intizamlı olmalıdır: "İntizamsız insandan idmançı olmaz. Əslində bu, hər sahədə belədir. İnsan gərək nizamlı ola. Yoxsa ondan heç bir işin peşəkarı çıxmaz. Bizim idman növü səbir, diqqət tələb edir. İnsan nizam-intizamlı, səbirli, diqqətli, çalışqan, verilən tapşırıqları düzgün yerinə yetirən olsa, ondan çox yaxşı atıcı alınacaq. Atıcılığın əsas tələbləri bunlardır".
Səbir və diqqət
"Güllə atıcılığı yarışlarında idmançı bir saat yarım ərzində dayanır, bir atışa səbirlə hazırlaşır", - deyir idmançı: "O, həm də çox diqqətli olmalıdır. Tətiyi azca tez və ya gec çəksə, atış uğurlu alınmayacaq. Stend atıcılığında da idmançı dayanır və üç saniyə ərzində uçacaq hədəfi gözləyir. Hədəf birinci saniyədə də uça bilər, ikinci və ya üçüncüdə də. Bax, bu üç saniyə ərzində ani bir fikir yayınıqlığı olsa, atış uğursuz alınacaq. Məhz bu anlarda çox səbirli, diqqətli olmalısan. Gözləməli, tələsməməli, amma gecikməməlisən də. Yarışlarda o idmançı qalib gəlir ki, özü ilə mübarizə apara bilir. Gərək idmançı kənarda olan heç nəyə reaksiya verməsin, dəstək üçün gələnlərin alqış, qışqırıq səslərini eşitməsin, hərəkətdə olan heç kimi və heç nəyi görməsin, fikri tam hədəfdə olsun. İdmançının texniki göstəriciləri tam yüksək, psixoloji durumu zəif olsa, o, uduza bilər. Ona görə də atıcılıqda idmançının psixoloji durumu da yerində olmalıdır".
Zemfira Meftahətdinova: "Eynən musiqidəki kimi idmanda da takt var"
Çox təmkinli, səbirli olan Zemfira xanım deyir ki, onu özündən çıxartmaq çox çətindir: "Ona görə daha çox həzin, lirik musiqi ruhuma yaxındır. Yarışlar vaxtı da fikrimdə bu cür melodiya səslənir sanki. Amma idmançılar var ki, dəli-dolu, qaynardırlar. Onlar da yəqin ki, coşqulu bir musiqi dinləyirlər. Bu, xarakterlə bağlıdır. Amma mən gündəlik həyatımda da lirik musiqiləri çox sevirəm. Təəssüf ki, özümün musiqi duyumum yoxdur, mahnı oxuya bilmirəm. Hətta oğluma layla oxuyanda ağlayırdı. Deyirdi, ana, oxuma. Amma yaxşı dinləyiciyəm. Daha çox klassik Azərbaycan estrada musiqisini dinləyirəm. Gərgin iş rejimində dincliyimi də bu cür musiqilərlə tapıram. İdmanla musiqinin oxşarlığını metronomla ölçülən taktda görürəm. Eynən musiqidəki kimi idmanda da takt var. Onu pozmaq olmaz".
Zemfira Meftahətdinova: "Mənim üçün Skarlet bir etalon idi"
Şeir dinləməyi çox sevən Zemfira xanım deyir ki, özünə görə yaxşı kitabxanası olub: "Əvvəllər mütaliəni çox sevirdim. Sanki bizim üçün bir prioritet idi yeni çıxan kitabları oxumaq, müzakirə etmək. Hətta kitab almaq üçün makulatura yığıb verirdik. Amma təəssüf ki, indi zamanımız çox dardır və əvvəlki kimi kitab oxumağa imkanımız yoxdur. Vaxt edib arada yenə də oxuyuram. Ən sevdiyim əsər Marqaret Mitçellin "Küləklə sovrulanlar" romanıdır. Soruşa bilərsiniz nəyə görə? Mənim üçün Skarlet bir etalon idi. Çox müsbət qəhrəman olmasa da, onun mübarizliyi, heç vaxt geri çəkilməməyi, sona qədər getməyi çox xoşuma gəlirdi". / oxu.az

Maraqlı       Tarix: 10 iyul 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO. Rusiyanın Saxalin vilayətinin Xolmoqor şəhər dairəsində, Leninin abidəsinin təmiri və bərpası işləri zamanı 1970-ci ildə gələcək nəsillərə mesaj kimi qoyulmuş zama

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin


azerbaycan xeberleri yeni xeberler son xeberler az xeber xeberler bu qun krimnal bugun son.xabar