Zəngəzur dəhlizi bəndi sülh sazişindən niyə çıxarıldı? - "İtirən Ermənistandır"

Zəngəzur dəhlizi bəndi sülh sazişindən niyə çıxarıldı? - Rəsmi Bakı Ermənistanla ərazilərimizin qalan hissəsini onun eksklavı olan Naxçıvanla birləşdirəcək nəqliyyat marşrutlarının təşkili, yəni Zəngəzur dəhlizi məsələsini sonrakı mərhələdə həll etməyə razılaşıb.
Xatırladaq ki, bunu ötən gün Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov açıqlayıb:
Zəngəzur dəhlizi bəndi sülh sazişindən niyə çıxarıldı? - "Biz qarşılıqlı razılaşma əsasında bu bəndi sülh sazişindən çıxarmaq və onun müzakirəsini sonrakı mərhələyə keçirmək qərarına gəldik. Beləliklə, biz onu mətndən çıxarmağa qərar verdik, lakin bunun ölkələrin gələcəkdə müzakirə etmək və ümumi razılığa gəlmək üçün qayıda biləcəyi məsələlərdən biri olması faktını hələ də mətndə əks etdirə bilərik",
Mövzu ilə bağlı KONKRET.az-a danışan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Zəngəzur dəhlizinin hər zaman diqqətimizdə olacağını deyib:
Zəngəzur dəhlizi bəndi sülh sazişindən niyə çıxarıldı? - "Azərbaycan Zəngəzur dəhlizi məsələsini II Qarabağ müharibəsindən sonra akuallaşdırdı. Əslində bu, həm Azərbaycanın, həm də Ermənistanın xeyrinə olan məsələ idi. Onlar bu dəhliz vasitəsilə regional proseslərə qoşulacaqdı. Ancaq illər keçdikcə ölkəmiz alternativ yollar üzrə layihələrdəki iştirakını gücləndirməyə üstünlük verdi. Məsafə baxımından uzaq olsa da, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yükdaşımalar xeyli artıb. Həmçinin ölkəmiz İranla razılıq əsasında Araz dəhlizi istiqamətində də razılıq əldə edib. Məsələ sülh müqaviləsindən çıxarılsa da, hələ də bizim diqqətimizdədir".
Ekspert Ermənistan konstitusiyasının dəyişdirilməsinin daha vacib olduğunu vurğulayıb:
"Zəngəzur dəhlizi məsələsində itirən Ermənistan oldu. Bizim üçün hazırda ən önəmli məsələ qonşu ölkənin konstitusiyasının dəyişdirilməsidir. Həmçinin tərəflər Minsk qrupundan da imtina etməlidir. Dediyim kimi, bunlar həll olduqdan sonra sözügedən məsələ yenidən aktuallaşa bilər. Zəngəzur dəhlizində Azərbaycanla yanaşı, Türkiyə, Rusiya və Mərkəzi Asiya ölkələri maraqlıdır. Rusiya rəhbərliyinin bu məsələyə görə Ermənistana təzyiq edəcəyini düşünmürəm. Düzdür, onların da maraqları var idi, amma buna görə hansısa konkret addımlar atmayacaqlar".
Məlik Məlikov,
KONKRET.az

Siyasi       Tarix: 08 avqust 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakista

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib


yeni xeberler azerbaycan xeberleri son xeberler son xabarlar metbuat son xabar son xeberler azerbaycan