"Zəngəzur dəhlizi" Fransa saytında: Məqalədə diqqət çəkən İLGİNC DETALLAR

Fransa radiosunun saytında jurnalist Dorian Consun Zəngəzur dəhlizinə həsr olunan məqaləsi dərc olunub.
KONKRET.az xəbər verir ki, yazıda jurnalist bır sıra maraqlı məqamlara toxunub.
"Yanvar ayında Türkiyə və Azərbaycanın xarici işlər nazirləri Bakıda və Ankarada görüşüblər. Yenidən diqqət mərkəzində Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizi olub. Ümumiyyətlə, Zəngəzurdan keçəcək marşrutun planı böyük əhəmiyyət kəsb edir. Ermənistandan keçəcək dəhliz Türkiyə-Azərbaycan, Çin və Avropa arasında ticarət yolunun inkişaf etdirilməsi konsepsiyasının bir hissəsidir. İran təklif olunan 40 kilometrlik dəhlizin əleyhinədir. İranın müttəfiqi Ermənistan da dəhlizə qarşıdır. Lakin Tehran Suriya və Livanda zəiflədiyindən, Bakı və Ankaranın Zəngəzur dəhlizinin açılması üçün yaxşı imkanları var.
"Global Source Partners"-dən türk analitik Atilla Yeşilada bildirib:
"Ermənistanın Zəngəzur dəhlizinin yaradılmasına müqavimət göstərməsinin yeganə səbəbi Tehranın onu hərbi yolla qorumaq vədləridir". Ekspert  hesab edir ki, Tramp administrasiyası İrana təzyiq göstərdikcə Azərbaycan və Türkiyə İrandan gələn təhdidləri ciddi qəbul etməyə daha az meylli ola bilər. Bununla da İran mövqeyini yumşaldacaq. İranın regional uğursuzluqları və Vaşinqtonun artan təzyiq təhlükəsi nəzərə alınmaqla, Tehranın regionda dostlara ehtiyacı yaranacaq.
Ankaradakı Orta Doğu Texniki Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Hüseyn Bağcı bildirib ki, Zəngəzur dəhlizinin açıq olması İran üçün yaxşıdır:
"O zaman Tehranın Türkiyə və Azərbaycanla daha sıx əlaqələri yaranacaq. Hər şey İranın iki dost ölkəni bir-birinin yanında görmək istəməsindən asılı olacaq."
Yanvar ayında İranın mövqeyində bir qədər yumşalma müşahidə hiss etdik. Yüksək rütbəli İran diplomatı Zəngəzur dəhlizinə qarşı mübarizənin artıq prioritet olmadığını bildirdi. Tehranın yumşalması Moskva ilə dərinləşən əlaqələrlə bağlıdır. Türkiyə və Azərbaycan Rusiyaya qarşı məhdudiyyətlər qoymadığından, Kreml ticarət yollarında beynəlxalq sanksiyaların tətbiq edilməyən ölkələr vasitəsilə yan keçməsi üçün Zəngəzur dəhlizinin yaradılmasını dəstəkləyir.
Nyu Yorkdakı Kolumbiya Universitetinin Qlobal Enerji Siyasəti Mərkəzinin tədqiqatçısı Tatyana Mitrova deyir:
"Rusiya mahiyyətcə bütün logistik şəbəkəsini yenidən qurur və bu dəhliz yeni şimal-cənub şəbəkəsinin potensial əhəmiyyətli hissəsidir. Bu, ixrac və idxal marşrutlarımızı şaxələndirmək üçün yeni planın bir hissəsidir".
ABŞ-ın yeni administrasiyası hələ də Zəngəzur dəhlizi layihəsi ilə bağlı mövqeyini bildirməyib.
"Bakı ilə İrəvan arasında sülh sazişi hələ bağlanmayıb. Lakin Ankara Azərbaycan-Ermənistan sülh danışıqlarına səy göstərsə, diplomatik faydalar Zəngəzur dəhlizinin iqtisadi səmərəsini üstələyə bilər". Bunu isə türkiyəli ekspert Aslı Aydıntaşbaş bildirib. Onun qənaətincə, Türkiyə bu məsələdə çox vacib tərəfdaş ola bilər. Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan Trampla daha sıx əlaqələr qurmağa çalışır. Eyni zamanda, o, azərbaycanlı həmkarı İlham Əliyevi hər iki ölkəni Avropa və Çin arasında körpüyə çevirmək kimi ümumi məqsədində dəstəkləmək niyyətindədir.
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 06 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son dəqiqə xeber cəbhədən ən son xəbərlər xeberler bugun