Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır

Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdırSon Rus-İran və Rus-Türk müharibələri nəticəsində Şimali Azərbaycanın İrəvan, Gəncə, Qarabağ xanlıqlarına kütləvi sürətdə Türkiyədən 84 min, İrandan isə 40 mindən çox erməni köçürülmüşdür. Sonralar da Azərbaycan torpaqlarına mərhələ-mərhələ  yerləşdirilən ermənilər 1920-ci ilin aprel ayının 28-də Qərbi Azərbaycanın etnik-tarixi torpaqlarında özlərinə dövlət qurmuşlar.
"Böyük Ermənistan" yaratmaq xülyası ilə yaşayan erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı və təcavüz siyasətinin 200 ildən artıq tarixi var. Bu, xain siyasətin məqsədi isə azərbaycanlıları öz tarixi torpaqlarından sıxışdıraraq çıxarmaq və sərsəm erməni uydurması olan "dənizdən-dənizə Ermənistan" dövləti qurmaqdır. Bu məqsədlə də mərhələlərlə yerli azərbaycanlılara qarşı soyqırım törətmiş, onları öz ata-baba torpaqlarından didərgin salmışlar.
Hətta sonralar yurdsuz ermənilər Sovet rejiminin əli ilə Qarabağ ermənilərinə muxtariyyət da yarada bilmişlər.
Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış yeni inzibati ərazi bölgüsünə əsasən Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisiyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. Lakin 28 aprel işğalından sonra ermənilər bolşeviklərin köməyi ilə Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb.
Zəngilan ən qədim insan məskənlərindən hesab olunur. İnzibati rayon kimi isə 1930-cu ildə təşkil olunub. Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir. 707 kvadrat kilometr ərazisi olan Zəngilan rayonunun işğaldan əvvəl 35 mindən çox əhalisi olub. Bütün Avropada ən böyük çinar meşəsi də məhz Zəngilanda idi. Təəssüf ki, erməni vandalları bu meşəni doğrayaraq xarici ölkələrə satmış, artıq məğlub olduqlarını gördükdə isə burada meşələrə od vurmuşlar.
Zəngilan rayonunun ərazisi arxeoloji və memarlıq abidələri ilə zəngindir. Onlardan ən böyüyü "Şəhri Şərifan" adı ilə tanınan orta əsr şəhərinin xarabalığıdır. 
Zəngilan rayonunda çöküntü suxurlarından başqa, vulkanik materiallar - yura, təbaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar - tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, qranit, molibden  əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır. Rayonun ərazisindən Araz, Oxçuçay, Həkəri və Bəsitçay çayları keçir.
Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi.
Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşub. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşmışlar.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaradıb. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlayıb. 
Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi.
44 gün ərzində Azərbaycan Ordusu bir addım belə geri çəkilmədi. Ardıcıl yeni ərazilərimiz işğaldan azad edilirdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev hər gün xalqa yeni bir müjdə verirdi. Nəhayət bütün Azərbaycan Qələbə sevincini yaşadı. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Biz torpaqlarımızı şəhidlərimizin canı-qanı bahasına işğalçılardan azad etmişik. Döyüş meydanında gücümüzü göstərdik. Erməniləri torpaqlarımızdan qovduq. Azərbaycan bayrağını torpağımızda ucaltdıq. Şəhid olmuş hər bir gənc, hər bir insan bizim ürəyimizdə, Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq.
Hamımız yaxşı bilirik ki, ağır döyüşlərdə o istehkamları yarmaq, oradan keçmək, dağlara qalxmaq, dağlara dırmaşmaq, xüsusilə Şuşa əməliyyatı tarixdə bəlkə də misli görünməmiş qəhrəmanlıq nümunəsidir. İndi dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində bizim döyüş taktikamız öyrənilir. Bu, bir yenilikdir, XXI əsrin müharibəsidir.". 
Vətən müharibəsi Azərbaycanın Qələbəsi ilə başa çatdıqdan sonra ərazilərimizin azad olunmasına görə medalları təsis edildi. 2020-ci il noyabrın 26-da isə "Zəngilanın azad olunmasına görə" medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif olundu.
Eyni zamanda Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycanın işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sərəncama əsasən 20 oktyabr Zəngilan şəhəri günü kimi müəyyən olunub.
Artıq 4 ildir ki, torpaqlarımız erməni işğalçılarından təmizlənib. Azərbaycan öz suverenliyinə qovuşub. Bu illər ərzində azad edilən ərazilərimizdə tikinti-abadlıq işləri davam etdirilib. Doğma yerlərindən didərgin düşən soydaşlarımız böyük sevinc hissi ilə geri qayıdırlar. Zəngilanın Ağalı kəndinin sakinləri isə hələ 2022-ci ilin may ayından doğma torpaqlarına qayıdaraq məskunlaşmağa başlayıblar. Ağalı kəndində 200 evdən ibarət  "Ağıllı kənd" salınıb. Burada "ASAN", "DOST" və s. xidmətlər, məktəb, bağça, tibb məntəqəsi vardır.  
Bu gün Ağalı kəndində 175 ailə, yəni 871 nəfər məskunlaşıb. Onların hər biri ixtisasına, peşəsinə uyğun müvafiq işlə təmin olunurlar.
Ermənilər işğal etdikləri ərazilərdə demək olar ki, bütün məscidlərimizi, dini inanc yerlərimizi  dağıdıblar. Digər ərazilərimizdə olduğu kimi Zəngilan məscidi də Heydər Əliyev Fondu tərəfindən yenidən bərpa olunur.  
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivlər yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır.
Gülşən Qazarxanova
Vətən Müharibəsi şəhidi Şamil Nəcəfovun anası, Abşeron rayon sakini / azxeber.com

Siyasi     Baxılıb: 124   Tarix: 19 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib - FOTOLAR

Leyla Əliyeva fevralın 5-də Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ("The Abrahamic Family House") ziyarət edib.  xəbər verir ki, əvvəlcə Leyla Əliyeva Luvr Əbu-Dabi Muzeyində olub. Parisdəki məşhur Luvr muzeyini

"Azərbaycan daim Pakistanın yanındadır

Fevralın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı olub. Azərbaycan Xarici İşlər Nazirliyini

İlqar Mikayıloğlunun niyə əməliyyat olunduğu məlum oldu

Aparıcı İlqar Mikayıloğlunun hansı səbəbdən əməliyyat olunduğu məlum olub. KONKRET.azxəbər verir ki, bu barədə "Günə bax" verilişində məlumat açıqlanıb. Bildirilib ki, aparıcının Birinci  Qarabağ müharibəsində yaralanmas

Benzinə dair yeni qərar İMZALANDI

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişikli

Tramp Xameneiyə son şans verdi: İran bunu etməsə sabah müharibə başlayacaq

Omanın paytaxtı Maskatda İranın xarici işlər naziri Abbas Araqçı, ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner arasında danışıqlar keçiriləcək. KONKRET.azxəbər verir ki, müzakirələri

Prezidentlərin görüşü yeni strateji mərhələnin simvoludur

02 fevral 2026-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfər edib. Azərbaycan Prezidentinin Əbu-Dabidə BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla ba

Tramp Si Cinpinlə Ukrayna və İran böhranını müzakirə etdi

ABŞ prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Xi Jinping ilə telefon danışığı zamanı Ukrayna böhranı və İranla bağlı mövcud vəziyyəti müzakirə etdiyini açıqlayıb. xəbər verir ki, Trampın sözlərinə görə, tərəflər

Azərbaycan və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" təlimini izlədi - FOTOLAR

Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan iki ölkənin Silahlı qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabid

Sülh Şurasının ilk iclasının vaxtı bəlli oldu

Ağ Ev fevralın 19-da Vaşinqtonda Qəzza zolağında nizamlanma üzrə Sülh Şurası iştirakçılarının görüşünü keçirmək niyyətindədir. AZXEBER. COMxəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb. "Bu, Sül


yeni xeberler azerbaycan xeberleri son xeberler ensonxeberler son xeberler bugun 2026 canli son.xeber son xəbərlər bugün 2026