Zirəddin Rzayev: "2024 - təbii fəlakətlər ilidir, amma yaxşı tərəfləri də olacaq" - MÜSAHİBƏ + FOTO

Zirəddin Rzayev: Zirəddin Rzayev: "2024 - təbii fəlakətlər ilidir, amma yaxşı tərəfləri də olacaq" - MÜSAHİBƏ + FOTO
"2024 - xəstəliklər ili olacaq".
Bu sözləri Oxu.Az-a müsahibəsində Moskvada yaşayan azərbaycanlı ekstrasens Zirəddin Rzayev deyib. 
Müsahibəni təqdim edirik:
- Zirəddin bəy, necəsiniz, işləriniz necə gedir?
- Təşəkkür edirəm, hər şey qaydasındadır.
- 2023-cü illə vidalaşmağımıza sayılı günlər qalır. Hər kəsi maraqlandıran bir sual var: 2024-cü ildə bizi nələr gözləyir?
- Bu il texniki və tibbi tərəqqiyə nail olacağıq. Böyük elmi kəşflər ediləcək. Pis tərəfi odur ki, təbii fəlakətlər daha çox olacaq. Bir sözlə, 2024 - təbii fəlakətlər ilidir.
- Müşahidə etmisinizsə, yola saldığımız ildə dəhşətli zəlzələlər çox oldu. Növbəti ildə də davam edəcəyini bildirirlər. Siz nə düşünürsünüz?
Zirəddin Rzayev: - Bəli, gələn il də tektonik hərəkətli il olacaq. Sadəcə, bunu deyə bilərəm.
- 2020-ci ildən bu günə qədər bütün dünya koronavirus epidemiyası ilə qarşı-qarşıyadır. Hazırda vəziyyət nisbətən normallaşıb, hətta pandemiya səviyyəsindən epidemiya səviyyəsinə endirilib. 2024-cü ildə xəstəliklə vidalaşa bilərikmi?
Zirəddin Rzayev: - Koronavirus ilə bağlı məlumatı mən 2017-ci ildə demişdim. Hətta o vaxt demişdim ki, "payızın əvvəlində dəhşətli virus dünyanı cənginə alacaq. İnsanlar maskada gəzməli olacaqlar". Elə də oldu. 2024-cü il də xəstəliklər ilidir. Yeni, fərqli viruslar özünü büruzə verəcək.
- Son bir ayda ölkəmizdə qızılca xəstəliyi geniş yayılıb. Ölüm hallarına rast gəlinir. Yeni ildə xəstəlik səngiyəcəkmi?
- Qızılca xəstəliyindən elə də böyük təhlükə görmürəm. Hazırda xalq arasında təşviş var. Böyük fəlakətə səbəb olacağını düşünmürəm.
Zirəddin Rzayev:  - 2024-cü il ilə bağlı dünya alimləri çox bədbin fikirlər səsləndirirlər.  Fəlakətlərin çoxalacağını dilə gətirirlər. Siz nə düşünürsünüz?
- Dünya alimləri indi deyirlər, mən isə hələ üç-dörd il öncə demişdim. Dünyanın özünü Allah su ilə təhdid edir. 2024-cü ildə daha çox vulkan püskürməsi, asteroid fəlakəti gözlənilir.
- Gələn ilin daha nə kimi özəlliyi olacaq?
- 2024-cü ilin elə də böyük bir özəlliyi yoxdur. Yaxşı tərəfi - texniki, hərbi, tibbi sahələrdə inkişaf olacaq. Ümumilikdə 2024-cü rahat il deyil.
- Zodiak üzrə Əjdaha ilidir. İlinə xas olaraq "Əjdaha" alovunu daha çoxmu püskürəcək?
- Bu ilin "əjdahası" dəlisovdur. İl Dəli Əjdaha ilidir. O, uşaq xarakterli, emosional və çılğındır.
- Hansı ölkələrin problemləri daha çox olacaq?
- 2024-cü il MDB üzvləri və Orta Asiya ölkələri üçün elə də uğurlu olmayacaq. 2024-25-ci illərdə Avropa qitəsində böyük təbii fəlakətlərin olma ehtimalı çox böyükdür.
- Qarşıdan gələn ildə inflyasiya gözlənilirmi?
Zirəddin Rzayev: - 2024-cü ildə inflyasiya olmayacaq. Elə bir şey yoxdur. Bəzi iqtisadçı və siyasətçilərin təkidli proqnozlarına rəğmən, böyük inflyasiya yaşanmayacaq.
- Əjdaha ili ümumən bizə nə vəd edəcək?
- Əjdaha ili bizə mehriban olmağı tövsiyə edir. Çünki "Əjdaha" uşaq xarakterlidir. Emosionaldır. İnsanlar tez küsə, dalaşa bilərlər, aralarında münaqişə yarana bilər. Dövlətlər arasında yaşanacaq münaqişələr də Əjdaha ilinin xarakterinə görə istisna deyil.
- Rusiya və Ukrayna arasında münasibətlər necə olacaq?
Zirəddin Rzayev: - Bu hərbi qarşıdurmada Rusiya qalib gələcək. Rusiyanın Ukrayna, NATO, Avropa və ABŞ üzərində qələbəsi gözlənilir. Bu, son deyil. Çünki Rusiya və ABŞ qarşıdurması illərlə davam edəcək. Amma Rusiya nə ABŞ-yə, nə Avropaya, nə də NATO-ya məğlub olacaq.
Zirəddin Rzayev: - Yaxın Şərqdə yeni münaqişə ocaqları olacaqmı?
- Yaxın Şərqdə yeni savaş qığılcımları özünü göstərəcək. Bununla yanaşı, Fələstin-İsrail gərginliyi sonuncunun qələbəsi ilə bitəcək.
İran daxilində yenə yayın əvvəli və ortalarında münaqişə yaranacağı, ictimai sabitliyin pozulma ehtimalı çox böyükdür.
- 2024-cü ildə qida çatışmazlığı barədə proqnozlar var. Siz nə deyə bilərsiniz?
- 2024-cü ildə qida çatışmazlığı olacağını öncədən söyləmişdim. Düzdür, Afrikadakı kimi olmayacaq. Ümumiyyətlə, aclıq ili olmayacaq, sadəcə, qida məhsullarında müəyyən qıtlıq olacaq.
- Yola saldığımız ili necə qiymətləndirərdiniz?
- Geridə qoyacağımız 2023-cü il çox aqressiv, gərgin il oldu. 
- 2023-cü il ilə bağlı gözləntilərinizin hər biri oldumu?
- 2023-cü il üçün söylədiklərim 99 faizi özünü doğrultdu. Bunlardan biri Türkiyədə baş verən zəlzələ idi. Azərbaycanda da zəlzələ olacağını demişdim. Mən Türkiyədəki prezident seçkisini də demişdim.
2024-26-cı illərdə bizə qonşu olan iki ölkənin prezidentlərinin səhhətlərində ciddi problem olacaq.
- Zirəddin bəy, gələn il hansı məşhurlar təhlükədədirlər?
- Məşhurlar ilə bağlı proqnoz vermək istəmirəm. 
Nəzrin Vahid

Maraqlı       Tarix: 20 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı. "Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". Bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu


azerbaycan xeberleri yeni xeberler son xeberler son xabar son xeber 2026 butun xeberler xeberler bu gun