Ziya Məmmədovla bağlı inanılmaz iddia - Tramp prezident olsa

Ziya Məmmədovla bağlı inanılmaz iddia - Tramp prezident olsaSentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə deputatlığa namizəd olmaq üçün 1048 nəfər dairə seçki komissiyalarına müraciət edib.  Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK)  iclasında bu qurumun rəhbəri Məzahir Pənahov bildirib.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, 532 şəxsin namizədliyinin irəli sürülməsi artıq təsdiq edilib. 451 namizəd qeydiyyat üçün tələb olunan 450 seçici imzasını yığmaq üçün imza vərəqələrini alıb. 31 namizəd imza vərəqələrini qaytarıb, 4 namizəd artıq qeydiyyatdan keçib. Eyni zamanda 25 siyasi partiyanın 585 səlahiyyətli nümayəndəsi qeydiyyatdan keçib. Əlbəttə ki, həm iddiaçıların, həm namizədlərin sayını qarşıdakı günlərdə daha da artacaq.
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək. O, 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizəd olub. Məlumata görə, sabiq deputatın namizədliyi artıq qeydə alınıb. 70 yaşlı Elton Məmmədov bəllidir ki, Ucar rayonundandır. O, Milli Məclisin II, III və IV çağırış deputatı olub. Sabiq deputat, həmçinin AzTU-nun strateji inkişaf üzrə prorektoru, Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının direktoru, AMEA İşlər İdarəsinin müdiri vəzifələrində çalışıb. Qeyd edək ki, sözügedən dairədən hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi VI çağırış parlamentin deputatı Ramil Həsəndir.
Görünən odur ki, Donald Trampın yenidən Ağ Evə qayıdışı şansı artan kimi Məmmədovlar klanı fəallaşmağa başlayıb.  Bu həmin klandır ki, adı bu illər ərzində bir çox  kriminal hadisələrə və  korrupsiyaya qarışıb.
2013-cü il iyulun 17-də Türkiyənin "Hürriyet" qəzetinin köşə yazarı Yalçın Bayer məqaləsində adını gizli saxladığı mənbələrə istinadla Elton Məmmədovun qardaşı oğlu, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun türk cangüdənini güllələdiyi, eləcə də onun Bodrum yaxınlığında 40 milyon dollara ada aldığını yazmışdı. Bunun ardınca Anar Məmmədov qəzetə təkzib göndərmişdi. Anar Məmmədovun rəhbəri olduğu "Amerika-Azərbaycan Alyansı" adından verilən təkzibi də  köşəsində dərc etdirib.  Təkzib məktubunda məlumatların doğru olmadığı bildirilirdi.
O günlərdə Nəqliyyat Nazirliyinin qoçularının Azərbaycan yollarında sürücüləri, Məmmədovların ətrafındakı idmançılardan ibarət dəstələr isə evindən işə gedən jurnalistləri döyürdü. Adam döydürmək Məmmədovlar üçün adi hal idi; hər gün sürücüləri döyənlərin arada jurnalistləri də "yada salması" təəccüblü görünmürdü.
Elton Quliyevin qardaşı oğlunun məşhur ayı qalmaqalı da yəqin yaddaşlardan silinməyib. Onun qeyri-təvazökar həyat tərzindən qidalanan bu olay bir müddət ölkə gündəminin əsas mövzusu oldu. Anar Məmmədovun zədələnmiş imicini bərpa etmək üçün bir neçə media quruluşunu, o cümlədən də "Yeni Müsavat"ı məhkəməyə çəkmişdi.
Elton Məmmədovun Türkiyə vətəndaşına məxsus "Lyuks-Sönməz" şirkəti ilə  uzunmüddətli məhkəmə çəkişməsi də yaddaşlardan silinməyib. Çəkişməyə səbəb deputata məxsus "Bakı XXI ƏSR" MMC-nin sərəncamında olan torpaq sahəsinin 0,47877 hektarının "Lyuks-Sönməz" MMC-yə məxsus olması idi. Təsisçilərindən biri Türkiyə vətəndaşı Nacı Uzun olan şirkət ərazidə xeyli tikinti işləri də aparıb. Ancaq Bakı Şəhər İcra Hakimiyyəti başçısının qeyd olunan sərəncamı (2008-ci il, 10 yanvar, 9 nömrəli) ilə xüsusi mülkiyyətdə olan həmin torpaq sahəsi "Bakı-XXI Əsr" MMC-yə verilib. Bu MMC-nin təsisçisi isə Britaniyanın Vircin adalarının hüquqi şəxsi  olan "Trans – Eyransan Leasinq Group Ltd" şirkəti olsa da, Bakı Beynəlxalq Avtovağzal və onun ətrafına sahib olan həmin MMC-nin  Elton Məmmədova məxsus olması ilə bağlı təkzibolunmaz məlumatlar var. Ən başlıcası isə bu faktı Elton Məmmədovun özü də mediaya açıqlamalarında etiraf edib.
Azərbaycan qanunvericiliyinə görə, deputat bizneslə məşğul ola bilməz. Ancaq Elton Məmmədov Azərbaycan qanunverici orqanın II, III və IV çağırış deputatı olduğu günlərdə qanunu tapdalayıb, nümayişkəranə şəkildə bizneslə məşğul olub. Onun xarici ölkələrdəki offşor şirkətləri barədə təkzibolunmaz məlumatlar var. Offşor şirkətlər və onların sahibləri haqda məlumatların cəmləndiyi https://www.datatracker.org saytında azərbaycanlı oliqarxlarla bağlılığı olan "Global Transport Group S.A." şirkət haqda məlumatlar yer alıb. Bu şirkət 1998-ci ilin dekabrında qeydiyyatdan keçib, nizamnamə kapitalı 10 min ABŞ dollarıdır. Şirkətin qeydiyyatı haqda sənəd Panamanın offşor şirkətlərin qeydiyyatına dair məlumat bazasından götürülüb. Sənəddə göstərilir ki, şirkətin prezidenti Dəmirov Elyar, xəzinədarı Məmmədov Elton, katibi Cavad Cavanşirdir. Şirkətin direktorlar şurasının üzvləri də bu şəxslərdən ibarətdir. Eyni zamanda Bakı Beynəlxalq Avtovağzalının sahibi olan və Elton Məmmədovun təsisçisi olduğu "Bakı XXI Əsr" MMC şirkətinin də izi offşor zonalara gedib çıxır. Belə ki, həmin şirkətin mülkiyyətçisi Britaniyanın Virgin adalarında qeydiyyatdan keçmiş  "Trans European Leasing Group" şirkətidir. Yeri gəlmişkən, "offşor zona" kapitalı vergidən yayındırmaqla dövriyyədə saxlayan dövlət və ya ərazidir. Vergidən yayınmaq istəyən pullular öz kapitalını belə zonalarda saxlayır. Bura çirkli pulların yuyulması üçün əvəzsiz məkandır.
Bütün bunlar Məmmədovların Azərbaycanda vəzifədə olduğu illərin "məhsulları"dır. İndi isə yeni dövrə başlamaq üçün çırmanıblar. Alınacaqmı? (Musavat.com)

Siyasi       Tarix: 23 iyul 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli


son xeberler yeni xeberler azerbaycan xeberleri son xəbərlər bugün 2026 xeberler az cəbhədən şad xəbər sonxəbərlər