"2-3 arvad saxlayan məmurların adını çəkim?" - Mehdiyevə yazılmış məxfi məktub mediaya sızdı

</p> 
 <p>

" class="imgbcode" />3 tanınmış jurnalistə qulaqburması, nazirə qarşı addım tələbi və daha nələr
Sabiq deputat, eks səfir Elmira Axundovanın Ramiz Mehdiyevə ünvanladığı, "hörmətli Ramiz müəllim, yalnız sizin oxumağınız üçündür" girişli, "siz mənim dostum və ağsaqqalımsız" sözləri ilə zəngin, hər sətri 1937-ci ilin danosunu xatırladan məktubu ortaya çıxıb.
Məktub Prezident Administrasiyasında 15244 nömrə ilə qeydiyyatdan keçib, Ramiz Mehdiyevə təqdim olunub, oradan Daxili İşlər Nazirliyinə, DİN-dən isə Ağır Cinayətlər Məhkəməsinin o zamankı sədri Mahmud Nəbiyevə göndərilib.
Mirşahin Ağayevi niyə yenidən efirə qaytardın?
Elmira Axundova oğlu Həbib Axundovun adı qarışdığı 8 milyonluq dələduzluq işindən dolayı 30 iyul 2018-ci ildə, Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri postunu tutduğu günlərdə ona ünvanladığı "şanlı" məktubunda tanınmış jurnalistlərin – Mirşahin Ağayevin, Ləman Ələşrəfqızının, Afət Telmanqızının adlarını çəkir, onları satqın adlandırır, onların barəsində tədbirlər görülməsi üçün addımlar atılmasını tələb edir. Mirşahin Ağayevə yenidən efir verilməsinə görə ağsaqqalını qınayır.
Deputatda müxalifəti maliyyələşdirən nazirlə bağlı məlumat olub?
Elmira Axundova nazirin (adı redaksiyaya məlumdur – E.M) və bəzi deputatların barəsində də eyni tərzdə fikirlərini izhar etməklə onları müxalifətə işləməkdə ittiham edir. Yazır ki, onda deputatların müxalifət qəzetlərini maliyyələşdirməsi barəsində məlumatlar var. Elmira Axundova Ramiz Mehdiyevə məktubunda respublikada Fərman Məmmədovun (Həbib Axundovun cinayət işi üzrə zərərçəkən) qabağına çıxarmaq üçün kişi axtardığını yazmaqla onu həbs etməyə çağırır.
Ağsaqqalım, istəyirsənsə hakimiyyətdə olan, 2-3 arvad saxlayan məmurların adını çəkim!
Məktubun davamında qaçaq səfir, oğlu Həbib Axundovun 3 uşaq atası olduğunu yazmaqla bərabər oğlu Həbibin həyat yoldaşından əlavə daha bir qadın saxladığını gizlətmir, bunu adi bir hal kimi təqdim etməyə çalışır, oğlunun həmin qadınla yayılmış açıq-saçıq videolarına toxunur, oğluna haqq qazandırmaq üçün Ramiz Mehdiyevə müraciətlə,- "Yaxşı, Həbib qanuni arvadından başqa bir qızla maraqlandı. Azərbaycan kişiləri arasında o qadınları kim sevmir, demək olar ki, hər kəsin rəsmi olaraq ikinci, üçüncü olmasa da, arvadı və onlardan qeyri-qanuni uşaqları var. İstəyirsənsə, adlarını da çəkim",- deyə ağsaqqalı Ramiz Mehdiyevə sual edir. Ramiz Mehdiyevin bu suala nə cavab verdiyi bilinmir.
Mehdiyevdən tələb – "Hökumət mətbuatında yazılar təşkil elə!"
Ən maraqlısı isə Elmira Axundovanın Ramiz Mehdiyevdən məktubunda hökumət mətbuatında "Fərman Məmmədov kimdir?" kod adı ilə yazılar təşkil etməsini tələb etməsidir.
Axundovadan "bütün kartlarımı ortaya qoyacağam…" hədəsi
Məktubunda Ramiz Mehdiyevin diqqətinə sentyabrda mətbuat konfransı keçirəcəyini, "bütün kartlarımı ortaya qoyacağam…. bizim itirəcəyimiz heç nə yoxdur, amma onların itirəcəkləri var" şəkilində hədə tonlu sətirlərlə müraciət edir.
Elmira Axundovanın rus dilində yazdığı, 5 səhifəlik, yalnız "Ramiz Mehdiyevin oxuması üçün" girişli məktubu "Yeni Müsavat"ın redaksiyasındadır və yaxın saatlarda tərcüməsi oxucularımıza təqdim olunacaq. (Musavat.com)
</p> 
 <p>

" class="imgbcode" />/ konkret.az

Siyasi       Tarix: 07 may 2024
f Paylaş

Oxşar xəbərlər

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

"Blumberq" agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyada

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /


azerbaycan xeberleri son xeberler yeni xeberler hava haqqinda cəbhədən son xəbərlər qurban bayrami 2026 son xəbərlər bugün 2026