27 sentyabr tarixi xalqımızın yaddaşından və hərb tariximizdən silinməyəcək

27 sentyabr tarixi xalqımızın yaddaşından və hərb tariximizdən silinməyəcək27 sentyabr tarixi elə bir gündür ki, bu tarix nə xalqımızın yaddaşından, nə də hərb tariximizdən heç bir zaman silinməyəcək.
Çünki, məhz həmin gün 32 ildən bəri davam edən Ermənistan-Azərbaycan münaqişəsinin həllində yeni mərhələnin başlanğıcı oldu. İşğalçılıq və təcavüzkarlıq siyasətini davam etdirən, terrorçuluğu dövlət siyasətinə çevirən Ermənistanın quldur silahlı birləşmələri növbəti dəfə atəşkəs rejimini pozaraq qanlı əməllərini, təhlükəsizliyə təhdid olan niyyətlərini yenidən gerçəkləşdirməyə cəhd etdilər. Təbii ki, bu ilk cəhd deyildi. Çünki, Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir dövrdür ki, yəni başqa szölə desək onların çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edirdi. 
Ölkəmiz bu işğalla barışmayacağını həm 2016 aprel döyüşləri, həm 2018-ci ilin mayında Naxçıvanda Günnüt əməliyyatı, həm də 2020-ci il Tovuz döyüşləri ilə sübut etmişdi. Əslində elə Prezident İlham Əliyevin "Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bunu elə etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun" fikirləri də bu işğalla heç vaxt barışmayacağımızın həm Ermənistana həm də beynəlxalq birliyə çatdırılmasına xidmət edirdi. Lakin təəssüf ki, Ermənistan bu xəbərdarlıqlardan nəticə çıxara bilmədi. Əksinə Azərbaycana qarşı diversiyaları davam etdirərək, təxribatçı bəyanatlar verməyə davam etdi.
2020-ci il 27 sentyabr tarixində Ermənistan tərəfindən növbəti hərbi təxribatı baş verdi. Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqelərinin şiddətli artilleriya atəşinə tutulması nəticəsində hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. 
2020-ci ilin 27 sentyabrında təkcə Ermənistan deyil, həm də onlara havadarlıq edən beynəlxalq güclər də qarşılarında inkişaf etmiş, güclü orduya malik olan və nəyin bahasına olursa olsun öz torpaqlarını düşmən tapdağından azad etməyə qərarlı olan güncü bir Azərbaycan gördülər. Onu da gördülər ki, indiki Azərbaycanla və onun lideri cənab İlham Əliyevlə zor, diktə dilində danışmaq mümkün deyil. 
Nəticədə 44 gün davam edən Vətən Müharibəsində güclü Liderin, Milli həmrəyliyin, peşəkar hərbi rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. 
Hazırda işğaldan azad olunmuş ərazilərimizdə quruculuq, təmir-bərpa işləri həyata keçirilir. Tarixi qələbəsi ilə regionda yeni reallıqlar yaratmış ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Cənab Prezident qətiyyəti və yenilməz sərkərdə əzmi ilə müzəffər ordumuzun gücünə və xalq-iqtidar birliyinə söykənərək düşməni necə məğlub etdisə, o cür yenilməz ruhla da işğaldan azad edilmiş ərazilərdə sistemli quruculuq işlərinin və yüksək texnologiyaların tətbiqinə başlanılıb. İndi hər kəs həmin ərazilərdə bərpa-quruculuq işlərinin necə geniş və əhatəli şəkildə vüsət almasına şahidlik edir.
Beləliklə, bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da müzəffər xalq, qalib dövlət kimi əbədi yaşayacağına şübhə yoxdur. Vətən uğrunda canlarından keçən, özlərindən sonrakı nəsil üçün silinməz, unudulmaz dastan yazan şəhidlərimizin də daim ürəklərdə yaşayacağı şübhəsizdir.
Məhbubə Mehdiyeva 
Araşdırmaçı-sosioloq / azxeber.com

Siyasi       Tarix: 27 sentyabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeber.az cəbhədən yeni xəbərlər havanın temperaturu sou biznes