27 sentyabr tədbirləri Azərbaycanın öz suverenliyini bərpa etməsinin başlanğıcı oldu' - Deputat

27 sentyabr tədbirləri Azərbaycanın öz suverenliyini bərpa etməsinin başlanğıcı oldu' - Deputat"30 il torpaqlarımız işğal altında olduğu müddətdə Azərbaycan bu münaqişənin sülh yolu ilə həll olunması üçün bütün mümkün vasitələri işə salmışdı. Beynəlxalq ictimaiyyətin BMT-nin dörd qətnaməsini qeyri-şərtsiz yerinə yetirməsində Azərbaycanın haqlı mövqeyini müdafiə edəcəyinə ümid edirdi. Lakin beynəlxalq ictimaiyyət, xüsusilə Ermənistanın havadarları münaqişənin dondurulması və Azərbaycanın məğlubiyyətlə torpaqlarının itirilməsiylə barışmasını istəyirdi. Ermənistan lobbisi, eyni zamanda Ermənistan siyasi rəhbərliyi də işğala son qoymaq istəmirdi. Ancaq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın iqtisadiyyatı yenidən quruldu, ordumuz yenidən formalaşdırıldı və problemin sülh yolu ilə həll olunmayacağı təqdirdə hərbi yolun seçiləcəyi dəfələrlə hərbi tribunalardan dilə gətirildi. Çox təəssüflər olsun ki, Ermənistan hərbi-siyasi rəhbərliyi işğalı dayandırmaq bir tərəfdə qalsın hətta 2020-ci ildə Azərbaycanın Tovuz rayonu istiqamətində yeni yüksəkliklərini və ərazilərini ələ keçirməyə cəhd etdilər, bununla da Tovuz hadisələri baş verdi. Bu hadisələr bir daha onu deməyə əsas verdi ki, artıq ermənilər sülh yoluyla münaqişənin həllində maraqlı deyildilər".
Bu sözləri azxeber.com-a açıqlamasında VII Çağırış Milli Məclisin deputatı Naqif Həmzəyev 44 günlük Vətən Müharibəsinin başlamasına münasibət bildirərkən deyib.
Deputat bildirib ki, 27 sentyabr başlayan əks-hücum tədbirləri Azərbaycanın öz suverenliyini bərpa etməsinin başlanğıcı oldu:
"Onlar əksinə, Azərbaycanı daha çətin vəziyyətə salmaq, o cümlədən Azərbaycanın digər torpaqlarını işğal altına salmaq istəyirdilər. Şükürlər olsun ki, Azərbaycanın rəşadətli ordusu Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyirdi və Azərbaycan xalqı da nəhayət bu münaqişənin həll olunmasını habelə torpaqlarımızın işğaldan azad olunmasını arzu edirdi. Sentyabr ayının 27-də Ermənistan hərbi birləşmələri növbəti təxribata əl atdılar və Azərbaycan Silahlı Qüvvələri əks-hücumlara başlamaq məcburiyyətində qaldılar. Nəticədə, uzun illərdir hər bir Azərbaycanlının gözlədiyi hadisənin başlanğıcı oldu. Məhz 27 sentyabr başlanılan bu şərəfli hücum, əks-həmlə əməliyyatları nəticə etibarilə, Vətən Müharibəsinin uğurla başa çatmasının bünövrəsi oldu. 
"Bu gün də Azərbaycan öz suverenliyini tam bərpa edib. Qarabağ və Şərqi Zəngəzurda abadlıq, quruculuq işləri həyata keçirilir. Biz öz canı və qanı bahasına torpaqlarımızı işğalçılardan azad edən qəhrəman hərbçilərimiz, o cümlədən qazilərimizin qarşısında baş əyirik. Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Azərbaycan regionun ən güclü və qüdrətli dövlətlərindən biridir. Ölkəmiz bölgədə söz sahibidir. Bu gün də Azərbaycan qalib olmasına baxmayaraq sülhə məcbur etmə siyasətini uğurla yerinə yetirir həmçinin Ermənistanla sülhün əldə edilməsi və Cənubi Qafqazda sülhün əldə edilməsi üçün çalışır. Biz inanırıq ki, Ermənistan tərəfi mövcud reallıqları dərk edəcəkdir, bu günə qədər buraxdıqları səhvdən doğru-düzgün nəticə çıxaracaqlar, Azərbaycan xalqından üzr istəyəcəklər və sülhün imzalanması üçün səylər göstsərəcəklər. Üstəlik, bir daha Azərbaycanla güc diliylə danışmağa cəsarət edə bilməyəcəklər və hər zaman Cənubi Qafqazda sülh olacaqdır".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 27 sentyabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeber.az cəbhədən yeni xəbərlər havanın temperaturu sou biznes