30 yaşdan yuxarı kişilərə süd, pendir olmaz
Süd məhsullarına maraq və aşırı içmək kişiləri prostat xərçənginə gətirir.
KONKRET.azMedicina.az-a istinadən xəbər verir ki, britaniyalı alimlərin yeni araşdırmasına əsasən, 30 yaşdan yuxarı kişilər tərəfindən süd məhsullarının aktiv istehlakı onların prostat vəzi xərçənginə qarşı həssaslığı ilə sıx bağlıdır.
Bildirilib ki, təxminən hər səkkiz kişidən birinə həyatı boyu prostat xərçəngi diaqnozu qoyulacaq. Siqaret çəkmək və piylənmə kimi müəyyən amillər var ki, bu xəstəliyin ehtimalını artırır. Süd məhsullarının yüksək istehlakı" da risk faktoru ola bilər.
Layihənin müəllifləri süd məhsullarının istehlakı ilə prostat xərçəngi arasındakı əlaqəni təhlil edən 33 böyük tədqiqatı araşdırıblar. Alimlər müəyyən ediblər ki, gündə 400 qram və ya daha çox süd məhsulları qəbul edən kişilərdə ümumilikdə prostat xərçəngi riski daha yüksəkdir.
"Prostat xərçəngi riski bütün süd məhsullarının, o cümlədən süd, pendir və yağın istehlakı ilə artıb", – məlumatda qeyd olunub.
Eyni zamanda, bu xəstəlik problemi ilə məşğul olan "Prostat Cancer UK" təşkilatı bildirir ki, kişilərin xərçəngə meylli olmasının səbəbi qidada çox istehlak edilən süd məhsulları ilə yaranan həddindən artıq kalsium ola bilər.
Müxtəlif cinsi partnyorlar kişiləri prostat xərçəngindən qoruya bilər.
Təşkilatın ekspertlərinin fikrincə, kişilər gündə üç porsiyadan artıq süd məhsulları istehlak etməməlidirlər. Bir hissə, məsələn, bir kiçik banka qatıq, bir stəkan süd və ya 30 qramlıq kiçik bir pendir parçasıdır.

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Atilla Taşın qızı 14-cü mərtəbədən yıxılaraq öldü
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı