"4 kəndin Azərbaycana qaytarılması müsbət addımdır" - Hakan Fidan
"Türkiyə Azərbaycanı tam dəstəkləyir".
KONKRET.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Milli Müdafiə Komissiyaları sədrlərinin Ankarada keçirilən 1-ci iclasında bildirib.
Hakan Fidan 4 kəndin Azərbaycana qaytarılmasına münasibət bildirib. O, Cənubi Qafqazdakı vəziyyətə toxunaraq deyib ki, Azərbaycan bölgədə uzunmüddətli sülhə yol açaraq Qarabağın təxminən otuz il davam edən işğalına son qoyub.
Fidan Ermənistan tərəfindən işğal altında olan 4 kəndin Azərbaycana qaytarılmasını müsbət addım kimi qiymətləndirib. O, Türkiyənin bu prosesdə Azərbaycanı tam dəstəklədiyini vurğulayıb. Fidan həmçinin əmin olduğunu bildirib ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması təkcə iki ölkə üçün deyil, bütün region üçün müsbət nəticələr verəcək.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev