75 yaşlı qadını zorladı, döydü və qarət etdi - VİDEO
75 yaşlı qadını zorladı, döydü və qarət etdi - VİDEO
75 yaşlı qadını zorlayıb, döyüb və qarət ediblər.
REN TV-nin məlumatına görə, dəhşətli hadisə Rusiyanın Saratov vilayətində qeydə alınıb. İstintaq komitəsi artıq 39 yaşlı şübhəlinin saxlanıldığını bildirib.
Məlumata görə, gecə dələduz təqaüdçünün evinin qapısını döyərək özünü kommunal xidmətin əməkdaşı kimi təqdim edib və sayğacı yoxlamaq istədiyini deyib. Nənə qapını açdıqda isə o, qadını itələyərək evə soxulub.
"Mənzildə o, qadına təcavüz edib. Bundan sonra mətbəxdən bıçağı götürərək, pul tələb edib. Zərərçəkən ona 450 rubl (10,8 AZN) verib, ancaq bu ona kifayət etməyib", - deyə qurumdan bildirilib.
Şübhəli nənənin boğazından, çənəsindən bıçaqlayıb, başqa əşyalarla başına vurub. Qadın yerə yıxıldıqda isə gecə lampasının naqili ilə boğmağa başlayıb. Nənə ona 3 min rubl (72,6 AZN) verdikdən sonra kişi şkafları eşələməyə başlayıb, ancaq heç nə tapmayıb.
"Bundan sonra o, zərərçəkənin telefonunu və evin açarını götürüb, pərdə və çarpayıya od vurub, qapını çöldən bağlayaraq hadisə yerini tərk edib. Xoşbəxtlikdən qadın özünə gələrək evdən çıxa bilib və qonşulardan kömək istəyib. Bundan sonra təcili yardım briqadası və polis çağırılıb", - deyə müstəntiqlər bildiriblər.
Şübhəli isti izlərlə saxlanılıb. Ona qarşı təcavüz və qarət ittihamı irəli sürülüb.
/oxu.az
f Paylaş
Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb