76 kq arıqlayan qadın 18 illik arzusunu gerçəkləşdirdi – FOTO

76 kq arıqlayan qadın 18 illik arzusunu gerçəkləşdirdi – FOTO76 kq arıqlayan qadın 18 illik arzusunu gerçəkləşdirdi – FOTO
İngiltərənin  Kent qraflığının sakini 76 kq arıqlamağının sirrini paylaşıb.
"Daily Mail"in məlumatına görə, bununla Stef Gill ətrafında köklükdən əziyyət çəkən və ümidsizliyə düçar olanları ruhlandırmaq istəyib.
Qadının sözlərinə görə, onun ən böyük arzusu öz toyundan sonra evinə əri Conun qollarında daxil olmaq idi. Lakin bu istək xəyal olaraq qalıb. Çünki gəlinin çəkisi həmin vaxt 114 kq-dan artıq olub.
"Bilirdim ki, məni qaldırmağa gücü çatmayacaq. Başqalarının bunu edə bildiyi, bizim isə bu ənənədən kənarda qalmağımız məni çox kədərləndirirdi", - deyə Stef Gill danışır.
76 kq arıqlayan qadın 18 illik arzusunu gerçəkləşdirdi – FOTOHətta uzun illər sonra belə Gill bunun xəyalı ilə yaşayıb. Nəhayət, 2015-ci ildə o, özünü ələ almaq və çoxdankı arzusunu reallaşdırmaq qərarına gəlir. 140 kq çəkidə o, mədə şuntlaması əməliyyatını etdirir. Cərrahlar onun mədəsini 80 faiz kiçildirlər.
76 kq arıqlayan qadın 18 illik arzusunu gerçəkləşdirdi – FOTO"Bəziləri düşünür ki, bu, artıq çəkidən qurtulmağın ən tez yoludur. Ancaq arıqlamaq üçün həyat şəraitini dəyişmək lazımdır. Sən artıq çəkidən qurtulmağı istəməlisən", - deyə qadın bildirib.
Gill bir müddət sonra yerli qaçış klubuna yazılır və mütəmadi olaraq yürüşlərə çıxır. Həmin vaxtdan etibarən o, 64 kq arıqlayıb. Britaniya sakini nəinki istədiyi çəkiyə çatıb, həmçinin onu saxlaya bilib.
76 kq arıqlayan qadın 18 illik arzusunu gerçəkləşdirdi – FOTOBir neçə gün öncə isə, toyunun 18-ci ildönümündə Con nəhayət xanımının arzusunu gerçəkləşdirə bilib: Onu qollarında evə daxil edib.
76 kq arıqlayan qadın 18 illik arzusunu gerçəkləşdirdi – FOTO76 kq arıqlayan qadın 18 illik arzusunu gerçəkləşdirdi – FOTO16 yaşlı qızları tərəfindən çəkilən şəkildə gəlinlik paltarında və fatada olan Gillin xoşbəxtliyi üzündən bəlli olur.
Gill vurğulayıb ki, gözəl bədən quruluşunu məhz qaçmaqla əldə edib:
"Qaçış fiziki və psixoloji sağlamlığa gözəl təsir edir. Elə bir idman sahəsi seçmək istəyirdim ki, özümə bəhanə taparaq, məşğələlərdən yayınmayım. Axı hara istəsən, qaça bilərsən. Bu da sözügedən fəaliyyət növünün ən üstün cəhətidir".
76 kq arıqlayan qadın 18 illik arzusunu gerçəkləşdirdi – FOTO"Özünün ən yaxşı formasında olmaq elə yaxşıdır ki... Mən insanları mütəxəssislərə müraciətdən qorxmamağa çağırıram. Hazırkı vəziyyətdə bu daha çətin olsa da, mümkünsüz deyil", - deyə Gill əlavə edib.

Maraqlı       Tarix: 06 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO. Mövsümi meyvələrin ucuzlaşması ilə bağlı məlumatlar var. Xüsusən də alça və çiyələyin qiymətində azalma müşahidə olunur. Məhsullara hər yerdə, üstəli

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo


son xeberler yeni xeberler azerbaycan xeberleri bugünki xəbərlər axsam az xeberler xeberler az xeberler azerbaycan