92 faizi jmıxdır, zeytun yağı deyilmiş

92 faizi jmıxdır, zeytun yağı deyilmiş"Bazarlarda saxta "Zeytun" yağı var, zeytun yağı seçərkən aldanmayın!"
KONKRET.az xəbər verir ki,bu sözləri Musavat.com-a "Azad İstehlakçılar" İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.
O bildirib ki, AİİB-ə istehlakçılar hər həftə şübhələndikləri ərzaq və sənaye mallarının nümunələrini gətirirlər:
"Sonuncu gətirilən nümunə satış qiyməti 44 manat 55 qəpikdir, 5 litrlik yaşıl fonlu metal qabda qablaşdırılıb, üzərində ağ böyük şriftlərlə "Vero Greco", "Olive Blended Oil" (Zeytun qarışığı yağı, bu söz Azərbaycan dılinə tərcümə olunmayıb), "Selected Quality" (Seçilmiş keyfiyyət) yazılıb, Yunanıstanda qablaşdırılıb. Cəzbedici, böyük, üzərində yetişmiş meyvələr olan zeytun ağacının budağı, çox kiçik şriftlərlə diqqəti az cəlb edən yerdə "Blend of 51% pomace olive oil& corn oil" (Qarışıq 51% pomace zeytun yağı&qarğıdalı yağı), ştrix kod-5200410900074, yazılmış "Zeytun yağıdır!" İstehlakçının şübhə etdiyi və bilərəkdən kiçik şriftlərlə yazılmış - "pomace zeytun yağı" ifadəsi diqqəti çəkdi!
Araşdırmalardan məlum oldu ki, bu ifadənin mənası o deməkdir ki, bu yağ zeytunun soyuq sıxımasından sonra əldə olunan keyfiyyətli "Extra Virgen" yağının xammalının qalıqlarından, yəni jmıxından termik və kimyəvi yolla alınan "yağdır"!
Eyyub Hüseynov deyib ki, zeytun yağına dair beynəlxalq qurum bu yağları süni yağ hesab edir:
"Zeytun jmıxından hazırlanmış və dünyanın müxtəlif ölkələrində satılan bu yağların elektron kataloquna nəzər yetirdikdə 300 növdən çox müxtəlif etiketlərlə satılan yağlar arasında Azərbaycanda satılan "Vero Greco" yağı yoxdur və əksər etiketlərdə böyük şriftlərlə "Pomace olive", yəni jmıxdan hazırlanmış yağ yazılıb.
Nəticəyə gəlirik ki, "Vero Greco" mal nişanı ilə əhaliyə baha qiymətlə zeytun yağı adıyla satılan yağ əslində tərkibində ən çox 8 % zeytun yağı olan, qalanı naməlum yağların qarışığı olan süni yağdır!
Araşdırmaların obyektivliyınə nail olmaq üçün bu yağın qabı üzərində yazılmış elektron poçta - [email protected] ünvanına şübhələrimiz barədə suallarımızı göndərdik, lakin cavab yoxdur!
www.VeroGreco.com saytına müraciət etdik, lakin heç bir məlumat tapılmadı!
Malın üzərində yazılmış və yuxarıda qeyd etdiyimiz ştrix-kodu beynəlxalq axtarış sistemində araşdırdıq və məlum oldu ki, belə bir ştrix-kod heç bir müəssisəyə verilməyib, yəni saxtadır!
Malın etiketində yazılan məlumata inansaq, bu yağları Azərbaycana Bakı şəhəri, Sabunçu rayonu, B.Bünyadov küçəsi 11 ünvanda yerləşən "Aqro Vest DC" MMC idxal edir".
Eyyub Hüseynov bildirib ki, qeyd olunan yağın araşdırılması, markalanmasının qanunvericiliyimizin tələblərinə uyğunluğunun müəyyən olunması üçün "Azad İstehlakçılar" İctimai Birliyi (AİİB) artıq rəsmi məktubla Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzliyə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova müraciət edib:
"Əlavə olaraq zeytun yağlarının alışı zamanı istehlakçılara aşağıdakı məlumatları da veririk. Üzərinə "Virgin" yazılmış zeytun yağı fiziki üsulla sıxılan, ən yaxşı və ən təbii, çiy halda istifadə edilən məhsul sayılır. Bu yağ salatların, sousların, yeməklərin üzərinə əlavə etmək üçündür.
Üzərinə "Extra virgin" yazılan zeytun yağı "Virgin" kateqoriyasına aid olan ən keyfiyyətli yağdır. Bu yağ maksimum 27 dərəcə temperaturda alınır. Turşuluq dərəcəsi 1 faiz təşkil edir. Bu yağ da çiy halda istifadə edilmək üçündür.
Üzərinə "Refinado" yazılmış zeytun yağı rafinə edilmiş, saflaşdırılmış məhsuldur. Bu yağların sənaye emalı vasitəsi ilə dad keyfiyyətləri yaxşılaşdırılır, ləzzəti artırılır və turşuluq nisbəti aşağı salınır. Rafinə zeytun yağı xörəkləri bişirmək, qızartmaq üçündür.
Əgər zeytun yağını xörək hazırlamaq üçün alırsınızsa, rafinə edilmiş zeytun yağını seçmək məsləhətdir. Onun yanma temperaturu 240-270 dərəcədir. Çiy istifadə üçün isə "Virgin" kateqoriyasından olan yağlara üstünlük verilməlidir".

Sağlamlıq       Tarix: 06 avqust 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kolbasa və sosiska alarkən diqqətli olun: Bu əlamətlər təhlükədən xəbər verir

Son günlər Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən "Malakanka" MMC-yə məxsus müəssisədə yararlılıq müddəti bitmiş kolbasa və süd məhsullarının aşkarlanması qida təhlükəsizliyi məsələsini yenidən gündəm

COVİD-in ən güclü ştammı Azərbaycanda da yayılıb?

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyanın bəzi ölkələrində, eləcə də Avropada, ABŞ-da və Kanadada koronavirusun PJ 2.1 növü yayılıb. Bu ştamm soyuqdəymə və qrip simptomları ilə özünü göstərir. Bəs görəsən

Bəşəriyyəti ölümcül bəladan xilas edən peyvənd: 8 yaşlı uşaq üzərində aparılan təhlükəli təcrübə

1796-cı il mayın 14-də ingilis həkim Edvard Cenner tibb tarixinin ən mühüm təcrübələrindən birini həyata keçirdi. O, səkkiz yaşlı bir uşağı qəsdən inək çiçəyi virusuna yoluxdurdu. Bir neçə həftə sonra isə onu dövrün ən qorxul

Vərəm xəstələrinə görüntülü zəng məcburiyyəti: NECƏ OLACAQ?

Vərəm xəstələrinin dərman qəbuluna nəzarət məqsədilə görüntülü zənglər vasitəsilə yoxlanılması bəzi pasiyentlərin narazılığına səbəb olub. Belə ki, evində internet olmayan, yaxud internet paketi almağa maddi imkanı çatmaya

Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi

Artıq bir sıra dünya ölkələrind göbələk mövsümü qızğın dövrünü yaşayır. Lakin mütəxəssislər meşələrdə göbələk toplayanları diqqətli olmağa çağırırlar. xəbər verir ki, Almaniya Federal Risklərin Qiymətləndirilməsi İnstitutunu

Bir böyrəklə ömürlük yaşamaq mümkündür? Həkimdən AÇIQLAMA

Gəncə sakini İradə Səidovanın həyat yoldaşına böyrəyini bağışlaması orqan transplantasiyası və donor sağlamlığı ilə bağlı bir sıra sualları gündəmə gətirib. Bir insanın bir böyrəklə ömrünün sonuna qədər yaşaması mümkündürmü

Uşaqlarda bu hal təhlükəlidir - DİQQƏT

Qrip və soyuqdəymə kimi yuxarı tənəffüs yollarının infeksiyaları, xüsusilə uşaqlarda orta qulaq iltihabına səbəb ola bilər. Vaxtında müalicə olunmadıqda isə bu xəstəlik nadir hallarda meningit və beyin absesi kimi ciddi fəsadlarl

Arıqlama iynələrini dayandıranda nə olur?

Arıqlamaq üçün istifadə olunan "Ozempic", "Wegovy" və "Mounjaro" kimi preparatları dayandıran şəxslər itirdikləri çəkinin böyük hissəsini yenidən geri ala bilərlər. KONKRET.azxəbər verir ki

Qrip olanlar bu çayları içir, amma... – Həkimdən mühüm AÇIQLAMA

Qripə yoluxan zaman bir çox insan dərman preparatları ilə yanaşı, müxtəlif bitkilərdən hazırlanmış çaylara da üstünlük verir. Cökə, zəncəfil, adaçayı, kəklikotu və çobanyastığı kimi bitki dəmləmələrinin immuniteti gücləndirdiyi


azerbaycan xeberleri son xeberler yeni xeberler bugünkü son xəbərlər cəbhədən xəbər sonxeber xeberler bu gun