ABŞ kəşfiyyatı: "Rusiya qələbəyə ən çox Ukraynanın bu ərazisində yaxındır" - ŞOK DETALLAR
"Rusiya Ukraynadakı müharibə strategiyasını dəyişərək, mayın 9-na fokuslanıb".
KONKRET.az CNN-ə istinadən xəbər verir ki, bunu kəşfiyyatın son əldə etdiyi məlumatlara əsasən ABŞ rəsmiləri bildirib.
Rəsmilərin yaydığı məlumata görə, Rusiya mayın əvvəlinə qədər Ukraynanın şərqindəki Donbas və digər bölgələri ələ keçirmək məqsədi ilə strategiyasını dəyişib. Rusiya prezidenti Vladimir Putin bununla 9 May "Qələbə Günü"ndə uğur qazandığını göstərmək istəyir.
Onlar qeyd edib ki, Rusiya Quru Qoşunları işğal edikləri əraziləri əllərində saxlamaqda çətinlik çəkirlər. Buna baxmayaraq, Putinin qələbəyə nail olmaq ehtimalının ən çox olduğu yer Şərqi Ukraynadır.
Putinin böyük təzyiq altında olduğunu bildirən ABŞ rəsmiləri qarşıdakı proseslərin çox gərgin və ağır keçəcəyini, 9 Mayda uğur olsa belə, Rusiya üçün həqiqi qələbənin çox uzaqda olduğunu qeyd ediblər.
Avropalı bir diplomat isə bildirib ki, Putin Çeçenistandakı kimi uzunmüddətli bir müharibəyə hazırlaşır. Çünki onun bu məsələ ilə bağlı artıq başqa bir yolu yoxdur.
Xatırladaq ki, bu gün Rusiya-Ukrayna müharibəsinin 41-ci günüdür.
Vəsilə İbrahim,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq