ABŞ kəşfiyyatının "Xədicə İsmayıl" əməliyyatı - Azərbaycana qarşı növbəti həmlə - TƏFƏRRÜATLAR

ABŞ kəşfiyyatının Son vaxtlar ABŞ öz rəqiblərinə müxtəlif cinahlardan zərbələr endirməklə məşğuldur.  İstər iqtisadi, istər hərbi, istərsə də siyasi müstəvidə aparılan mübarizələrdən əvvəl müxtəlif institutlar həmin məsələni araşdırır və onun icra müxanizmiləri ciddi şəkildə təhlil edildikdən sonra əməli işə keçilir. ABŞ-nin gücü məhz bundadır və dünyanın müxtəlif regionlarındakı münaqişələr vahid mərkəzdən idarə olunur. ABŞ öz strateji maraqlarını təmin etmək üçün milyardlarla dollar vəsait xərcləyir.  İndi  ABŞ Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi – OCCPR-dən də rəqiblərinə qarşı istifadə olunur. Bu fakt Fransanın "Mediapart", İtaliyanın "Il Fatto Quotidiano", Yunanıstanın "Drop Site" və "Reporters United" nəşrlərinin birgə araşdırmasından sonra öz təsdiqini tapıb.
Təşkilatın əsas məqsədi ABŞ kəşfiyyatının ötürdüyü məlumatların araşdırmaçı jurnalist məhsulu kimi təqdimatıdır. Əslində bu, ABŞ-nin xarici siyasətini müəyyən edən əsas kursdur və "araşdırmaçı jurnalist"lər bu işdə mühüm "rol" oynayır. ABŞ-nin Cənubi Qafqaz siyasətində də bu layihədən geniş istifadə olunur. Erməni maraqlarını müdafiəsi, ermənipərəst konqresmen Samanta Pauerin OCCPR-i  "tərəfdaş qurum" hesab etməsi, hazırda təşkilatın əməliyyatlarını daha bir ermənipərəst konqresmenin-Şennon Maquayrinin  kurasiya etməsi buna sübutdur.
Araşdırmalar göstərir ki, OCCRP-in büdcəsi  Avropa İttifaqı, xüsusilə ABŞ-dan aldığı vəsait hesabına formalaşıb.  Azərbaycanla bağlı "araşdırmalar" aparan OCCRP əsasən əlinin altında saxladığı "vasitələrdən" geniş istifadə edir. Onlar xarici ölkələrdə sığınacaq alan azərbaycanlılardan yararlanmaqla öz maraqlarını təmin edir. Bu maraqlar nədir və bunların arxasında nə dayanır? ABŞ-nin Azərbaycana qarşı münasibəti birmənalı deyil və zaman- zaman biz bunun şahidi olmuşuq. Ermənistanın maraqlarını daim üstün tutan ABŞ daim Azərbaycana qarşı ittihamlarla çıxış edib. Hələ 1992-ci ildə Ermənistan Azərbaycan ərazilərini işğal edəndə ABŞ Konqresi Azərbaycana qarşı sanksiya tətbiq etməklə yeni mərhələnin əsasını qoydu.
Arxada qalan 32 il ərzində Vaşinqtonun ölkəmizə qarşı davranışı 907-ci düzəliş qədər idi. Azərbaycana maliyyə yardımını dayandıran ABŞ Ermənistanı dəstəkləməklə kifayətlənmir, Azərbaycan ərazisindəki separatçılara da maliyyə yardımı göstərirdi. Daha sonra Azərbaycanın daxili işlərinə müdaxilə edən Vaşinqton ölkəmizi müxtəlif məslələrə görə ittiham edir və erməni kartı ortaya atılırdı. İndi ABŞ-də fəaliyyət göstərən erməni lobbisinin təsiri altında olan bəzi konqresmenlər Azərbaycanla bağlı yalan məlumatlar yayır və qərəzli bəyanatlar verirlər. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi-OCCRP Azərbaycanla bağlı qərəzli bəyanatlar hazırlayır. OCCRP-yə "yardım" edən Xədicə İsmayılı isə hər birimiz yaxşı tanıyırıq.
Bütün dövrlərdə düşmən dəyirmanına su tökən bu adam yenə öz ampulasındadır. Xədicə İsmayıl təkcə sifariş yerinə yetirmir, hətta müəyyən materiallarda yalnız imzasının istifadəsinə razılıq verməklə öz mahiyyətini bir daha ortaya qoyur. Təbii ki, bunların heç biri havayı deyil və X. İsmayıla külli miqdarda ödəniş olunur. Deməli, Vətəni 5-10 dollara satanları da OCCRP-də dərhal tapırlar. Aparıcı informasiya vasitələrini öz oyununa cəlb edən  OCCRP ABŞ Dövlət Departamentindən aldığı sifarişlə Bakıda keçirilən COP29-u da hədəfə almışdı. Azərbaycanı gözdən salmaq, ölkəmizin imicinə zərbə vurmağa çalışan qüvvələr  əsasən "Vaşinqton Post", "Qardian" və  CNN kimi media şirkətlərinin fəaliyyətindən yararlanırdılar. Amma onların fəaliyyəti nəticəsiz qaldı və COP29 öz işini uğurla başa çatdırdı. İndi ölkəmizə qarşı yeni kompramatlar hazırlayan OCCRP-in növbəti "zəhməti" də hədər gedəcək. Onlar yalnız iri layihələrdən pul qoparmanın yollarını Azərbaycana böhtan atmaqda axtarırlar. Keçmiş olsun.
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 04 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə


yeni xeberler azerbaycan xeberleri son xeberler kriminal cəbhədən video krminal bu gun son xəbərlər azərbaycanda