ABŞ rəsmisi: 'Bakı Dialoqu su problemlərinə cavab vermək üçün konkret addımlar təqdim edə bilər

ABŞ rəsmisi: 'Bakı Dialoqu su problemlərinə cavab vermək üçün konkret addımlar təqdim edə bilərAmerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycanın sədrliyi ilə su məsələlərinin siyasi gündəmdə yüksək səviyyədə saxlanması və bu dialoqun təşəbbüs kimi irəli sürülməsi istiqamətindəki səyləri yüksək qiymətləndirir.
azxeber.com xəbər verir ki, bunu ABŞ-ın daxili işlər nazirinin müavini vəzifəsini icra edən Lora Deniel-Devis COP29 çərçivəsində keçirilən "İqlim, təbiət və insanlar üçün suyun həyat xəttini qeyd edirik" adlı tədbirdə bildirib.
O, su ilə bağlı prioritetlərin müəyyən edilməsinə yönəlmiş bütün hökumət səylərini və ikitərəfli təşəbbüsləri dəstəkləyən mühüm sənədlərin mövcudluğunu vurğulayıb: "Bu sənədlər arasında 2014-cü ildə Konqresin tələb etdiyi, 2017-ci ildə qəbul edilən və 2022-ci ildə Biden-Harris administrasiyası tərəfindən yenilənən Qlobal Su Strategiyası, eləcə də 2022-ci ildə təqdim edilmiş Qlobal Su Təhlükəsizliyi üzrə Ağ Ev Fəaliyyət Planı xüsusi əhəmiyyət kəsb edir".
2023-cü il BMT Su Konfransına toxunan ABŞ rəsmisi, bu tədbirin su problemlərinin həlli üçün mühüm dönüş nöqtəsi olduğunu bildirib: "40 ildən sonra ilk dəfə dünya miqyasında su problemləri və onların həlli yolları geniş şəkildə müzakirə edildi. ABŞ Azərbaycanın sədrliyi ilə bu prosesin davam etdirilməsini, su məsələlərinin siyasi gündəmdə yüksək səviyyədə saxlanmasını və bu dialoqun təşəbbüs kimi irəli sürülməsini yüksək qiymətləndirir".
L. Deniel-Devis Bakı Su Dialoqunun əhəmiyyətini də xüsusi vurğulayıb. Onun sözlərinə görə, bu platforma yalnız texniki həll yollarının tapılması üçün deyil, həm də su məsələlərinə yüksək səviyyədə diqqətin saxlanılması üçün mühüm rol oynayır.
"Qarşıdan gələn BMT Su Konfransı çərçivəsində, həmsədrlər Birləşmiş Ərəb Əmirlikləri və Seneqalın rəhbərliyi ilə Bakı Su Dialoqu su problemlərinə cavab vermək üçün daha yaxşı hazırlıq və konkret addımlar təqdim edə bilər", - deyə o qeyd edib.

Siyasi       Tarix: 21 noyabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən canlı son xəbər hava haqqinda cəbhədən yeni xəbərlər