"AccessBank" yay təcrübə proqramına start verir
Azərbaycanda mikromaliyyələşdirmə lideri olan "AccessBank" tələbələr üçün yay təcrübə proqramını açıq elan edir.
Azxeber.com xəbər verir ki, 2 ay davam edəcək təcrübə proqramında Bakı və bölgələri təmsil edən tələbələr, "AccessBank"ın komandası ilə birgə çalışaraq nəzəri biliklərlə yanaşı, həm də praktiki bacarıqlar əldə edəcəklər. Təcrübəçilər Bankın Bakı, Abşeron və bölgələrdə yerləşən filiallarında, həmçinin Maliyyə, Administrasiya, Pərakəndə bankçılıq, Risklərin idarə edilməsi, İnformasiya təhlükəsizliyi və Marketinq departamentlərində təcrübə keçəcəklər.
"AccessBank"ın yay təcrübə proqramı ali təhsil müəssisələrinin 3 və 4.kurs tələbələri üçün nəzərdə tutulub. Ödənişsiz baş tutacaq təcrübə proqramına qatılmaq üçün namizədlər müsahibədən keçməlidirlər.
Yay təcrübə proqramına qatılmaq üçün qeydiyyatdankeçmək kifayətdir.
"AccessBank" Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Hazırda "AccessBank" tikinti, nəqliyyat, kənd təsərrüfatı, tibb kimi müxtəlif sahələrdə fəaliyyət göstərən müştərilərə xidmət göstərir. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir.
Turlar.az [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar