Acı bibərin bilmədiyimiz faydaları

Acı bibərin bilmədiyimiz faydalarıMüntəzəm olaraq acı bibər yeyən insanların xərçəng, ürək və tənəffüs yolu xəstəliklərinə yoluxma riski acı bibər yeməyənlərə nisbətdə daha azdır.
KONKRET.azxəbər verir ki, bu barədə Britaniya, Çin və Amerika alimləri yeni araşdırma aparıb.
ABŞ alimləri tərəfindən aparılan araşdırma zamanı ədviyyatlı qidaların, xüsusilə də acı bibərin istehlakının ömrü uzatdığı ortaya çıxıb.
Acı bibərin xolesterini azaltmaq, sümükləri gücləndirmək, qan dövranını sürətləndirmək kimi bir çox faydası var.
Oksford Universiteti, Çin Tibb Elmləri Akademiyası və Harvard Xalq Sağlamlığı Məktəbi tərəfindən aparılan bu araşdırmada yaşları 30 ilə 79 arasında olan təxminən 500 min çinlinin qidalanma vərdişləri və sağlamlıq vəziyyəti 7 il müddətində ətraflı araşdırılıb.
Araşdırmalar nəticəsində hər gün və ya müntəzəm olaraq ədviyyatlı qidalar qəbul edənlərin həftədə bir dəfə ədviyyatlı yemək yeyənlərlə müqayisədə ölüm riskinin 14 faiz daha az olduğu müəyyən edilib.
Acı bibərdə olan kapsaisin maddəsi antioksidan xüsusiyyətlərə malikdir. Kapsaisin də iltihabın və piylənmənin qarşısını alan təsirli bir maddədir.
Xərçəng kimi ciddi xəstəliklərə qarşı da təsirli olan kapasin acı bibərdə bol miqdarda olur.
Onun tərkibindəki kapsaisin maddəsi qan dövranını sürətləndirərək ürək sağlamlığını qoruyur.
Həmçinin yüksək miqdarda C vitamini özündə ehtiva edən acı bibər bu xüsusiyyəti ilə immunitet sistemini gücləndirir.
Eyni zamanda tərkibindəki beta-karotin orqanizmə antioksidan təsir edərək hüceyrələrin zədələnməsinin qarşısını alır.
Acı bibərin tərkibindəki kapsaisin maddəsi ağrı kəsici xüsusiyyətlərə malikdir. Buna görə də revmatizm və artrit kimi ağrılı xəstəliklərdə istifadəsi məsləhət görülür.
Aygün Mirakif
KONKRET.az

Sağlamlıq       Tarix: 07 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbər son xəbərlər azərbaycanda xəbər az sonxabar