Ağ ciyəri siqaret tüstüsündən təmizləyən qida

Ağ ciyəri siqaret tüstüsündən təmizləyən qidaSiqaret çəkmək sağlamlığa, xüsusən də ağciyər sağlamlığına ciddi şəkildə zərər verən ən pis vərdişlərdən biridir. Siqaretin sağlamlığa verdiyi zərərlər hamı tərəfindən məlum olsa da, bu zərərli vərdişdən qurtulmaqda çətinlik çəkən bir çox insan var
Sağlam ağciyərlər üçün nə etməli?
KONKRET.az xəbər verir ki, sağlam ağciyərlərə sahib olmaq və ağciyərləri təmizləmək üçün bəzi qidaları qidalanma rejiminizə daxil etməlisiniz. Ekoloji tarazlığı pozan, hava çirkliliyinə və iqlim dəyişikliklərinə səbəb olan amillərə qarşı öz gündəlik həyatınızda dəyişikliklər etməklə ətraf mühitə diqqətli olmaq ağciyər sağlamlığınızı qorumağın ilk addımlarından biri ola bilər.
Tütün və digər məhsullardan uzaq durun
Tütün və onun məhsullarından (elektron siqaretlər də daxil olmaqla) uzaq durmaq, nizamlı idman vərdişləri qazanmaq və bu vərdişləri davam etdirmək ağciyər sağlamlığınızı qorumaq üçün ən vacib addımlardan biridir.
Düzgün qidalanma və ağciyər sağlamlığı
Siqareti buraxmaq, ağciyərləri təmizləmək və ağciyər sağlamlığını dəstəkləmək üçün vacibdir. Bununla yanaşı, bəzi qidaların qidalanma siyahısına əlavə edilməsi ilə daha sağlam nəfəs almaq mümkündür. Düzgün qidalanma ağciyər funksiyalarını dəstəkləyir və xəstəlik riskini azalda bilər.
Duz istifadəsini məhdudlaşdırın:
Artıq duz bədəndə su yığılmasına səbəb olur və ağciyərlərin fəaliyyətinə mane ola bilər.
Şəkər və trans yağlardan uzaq durun:
Bu maddələr oksidləşdirici stressə və iltihablanmaya səbəb ola bilər.
Ağciyəri təmizləyən qidalar
Tərə: Lepidium sativum kimi tanınan tərə bitkisi, ağciyər sağlamlığı üçün faydalıdır. Tərkibindəki kükürd birləşmələri ağciyərlərdə toplanmış toksinlərin atılmasına kömək edir. Tərə, həmçinin balgamı yumşaldır və nəfəs yollarındakı tıxanma problemlərini aradan qaldıra bilər.
Zeytun yağı: E vitamini və polifenol baxımından zəngin olan zeytun yağı, antioksidan və antiiltihab təsirləri ilə astma və KOAH xəstələrində atakların tezliyini azalda bilər.
Çuğundur: Tərkibindəki maqnezium, kalium və C vitamini sayəsində ağciyər funksiyalarını dəstəkləyir və KOAH xəstələrində kondisiyanı yaxşılaşdırır.
Qırmızı bibər: C vitamini baxımından ən zəngin qidalardan biridir. Siqaret çəkənlərin daha yaxşı ağciyər funksiyasına sahib olması üçün müntəzəm olaraq istehlak etməsi tövsiyə edilir.
Sarıkök: Güclü antioksidan və antiiltihab təsirləri ilə ümumi sağlamlığı dəstəkləyir. Araşdırmalara görə, yüksək miqdarda kurkumin qəbul edən siqaret çəkənlərdə ağciyər funksiyası 10% daha yaxşıdır.
Bu qidaları qidalanma siyahınıza əlavə edərək ağciyər sağlamlığınızı dəstəkləyə və bədəninizi siqaretin zərərlərindən təmizləyə bilərsiniz./milliaz

Sağlamlıq       Tarix: 13 dekabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbər cəbhədən canlı sonxəbər son xəbərlər