Ağ Evdə YENİ PLAN: "Tramp yaxın vaxtlarda Baydenlə bağlı ciddi addımlar ata bilər" - Nə baş verir?
Baydenə məğlub olduğu 2020-ci il seçkilərinin saxtalaşdırıldığı iddia edən Tramp, "bu qanunsuzluğa əl atanlar həbs olunmalıdır" deməklə gündəmi bir-birinə qatıb. Bəs görəsən, onun bu açıqlamasında həqiqət payı nə qədərdir? Məsələnin araşdırılması və Baydenin həbs olunması mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Azərbaycan Yəhudi Media mərkəzinin politoloqu Rüstəm Tağızadə bildirir ki, Trampın iddiaları onun daha geniş siyasi strategiyası və mesajlaşmasının bir hissəsi kimi qəbul edilə bilər:
"Bu da hazırki administrasiyanı mənfi qələmə verərkən baza toplamaq məqsədi daşıyır. Tramp qanundan sui-istifadə haqqında danışan və tam cavabdehliyə çağıran emosional ifadələrdən istifadə edir. Bu cür ritolika onun korrupsiyalaşmış quruluşa qarşı mübarizə aparmaq barədə prosesi gücləndirdiyini göstərmək üçün nəzərdə tutulub."
Politoloq qeyd edir ki, bu iddia özündə ciddi araşdırma və hüquqi yoxlamanı ehtiva edir:
"Təbii ki, Tramp hakimiyyətdədir. Hakimiyyətə gəlməmişdən bir ay əvvəl bu cür iddialar səsləndirilirdi. Qanundan sui-istifadə iddiaları ciddi olsa da, məsuliyyətə çağırılsa da, onlar ciddi şəkildə araşdırılmalıdır. Yəni bunlar məhkəmə hakimiyyətinin verəcəyi qərarlardan asılı olacaq".
Politoloq Aytən Qurbanova saytımıza açıqlamasında bildirib ki, Trampın Baydenə qarşı aqressiyası yeni yanaşma deyil. Hətta seçkiqabağı kampaniya dövründə də belə ittihamların tez-tez səsləndirildiyini aydın şəkildə müşahidə etmək mümkün idi:
"Ona görə də, Trampın bu mövqeyi təəccüblə qarşılanmır. Xüsusilə də, ilk gündən etibarən sələfinin bir çox qərarlarını ləğv edən Trampın növbəti addım olaraq hüquq müstəvidə hücuma keçə biləcəyi ehtimalı da hər zaman mümkün olub. Düşünürəm ki, indiki məqamda həm ilk seçkilər dövründən qalan məsələlərin həll edilməsi, həm də Bayden administrasiyanın fəaliyyəti dövründə qəbul edilmiş qanunsuz qərarların ifşası Trampın əsas hədəflərindən biri olmaqla onun üçün prinsipial əhəmiyyət kəsb edir. Bu nöqteyi-nəzərdən yanaşdıqda, yaxın günlərdə proses ilə bağlı yeni qalmaqallı açıqlamaların və ya real addımların şahidi ola bilərik".
Aynurə İsmayıl
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir