Aİ COP29-da iqlim dəyişikliyi ilə bağlı gələcək qlobal fəaliyyətləri dəstəkləyəcək
Avropa İttifaqı (Aİ) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək 29-cu sessiyasında (COP29) iddialı maliyyələşdirmə və investisiya hədəflərini dəstəkləyərək qlobal iqlim fəaliyyətini təşviq etdirmək öhdəliyini bir daha təsdiqləyib.
azxeber.com "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.
"Bu il müzakirələr COP28-də müəyyən edilmiş enerji keçidi məqsədlərinin gücləndirilməsinə yönəldiləcək. Bura qalıq yanacaqlardan istifadədən tədricən imtina edilməsi, 2030-cu ilə qədər bərpa olunan enerjiyə investisiyaların üç dəfə artırılması və enerji səmərəliliyi tədbirlərinin ikiqat artırılması daxildir", – AK-nın bəyanatında qeyd olunub.
Sənədə əsasən, Aİ qlobal istiləşməni 1,5 dərəcəyə qədər məhdudlaşdıran Paris Sazişinin məqsədinə nail olmaq üçün COP29 çərçivəsində beynəlxalq tərəfdaşlarla işləyir.
Bunun üçün özəl sektor investisiyalarını, innovativ maliyyə mənbələrini cəlb etmək, eləcə də həm qlobal, həm də lokal səviyyədə əlverişli mühitin yaradılması zəruridir.
Aİ danışıqçıları gələn il üçün iddialı töhfələrə də diqqət yetirirlər, çünki Aİ bu ilin əvvəlində birliyin 2040-cı il iqlim hədəfi ilə bağlı bəyanat dərc edərək artıq milli səviyyəli ianələrə əsaslanan töhfəsini hazırlayır.
Komissiya 2040-cı ilə qədər emissiyaları 90 % azaltmağı hədəfləyən qanunvericilik təklif etməyi planlaşdırır. Aİ komandası həmçinin Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq beynəlxalq karbon bazarları üzrə danışıqları başa çatdırmağa çalışacaq.
Diqqətə çatdırılıb ki, COP29-da Aİ danışıqlar qrupuna iqlim fəaliyyəti üzrə Avropa komissarı Vopke Hukstra rəhbərlik edəcək.
Enerji komissarı Kadri Simson noyabrın 14-15-də qalıq yanacaqlardan uzaqlaşma, metan emissiyalarının azaldılması və təmiz texnologiyaların təşviqi ilə bağlı müzakirələrə qoşulacaq. İnnovasiyalar, tədqiqatlar, mədəniyyət, təhsil və gənclər üzrə Avropa komissarı İliana İvanova isə noyabrın 12-də "Sıfır emissiya ilə rəqabət qabiliyyətinin gələcəyi" adlı konfransda yüksək səviyyəli tədbirdə iştirak edəcək.

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi
Cəmi 3 il evli qala bildilər
Sərhəddə 40 ton dizel yanacağı müsadirə edildi
Müəmmalı ölüm: güllə yarası almış kişinin meyiti tapıldı
Bu qış hansı geyimlər dəbdə olacaq? – 2026-2027-ci ilin əsas trendləri
Gəncədə 34 yaşlı kişi bıçaqlandı
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Bərdədə qadın evində ölü tapıldı