Aİ Ermənistana 270 milyon avro, ABŞ isə 65 milyon dollar yardım ayıracaq - YENİLƏNİB

Aİ Ermənistana 270 milyon avro, ABŞ isə 65 milyon dollar yardım ayıracaq - YENİLƏNİBBiz sülhün olduğu Cənubi Qafqaz istəyirik.
KONKRET.azxəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken Brüsseldə Aİ-ABŞ-Ermənistan üçtərəfli görüşündən əvvəl bildirib.
"Biz Ermənistan xalqının gələcəklə bağlı baxışlarını bölüşürük və bu ölkənin güclü, müstəqil və qonşuları ilə sülh şəraitində yaşamasını və region ilə əlaqələnməsini istəyirik. ABŞ və Aİ bu səylərinin həyata keçməsində tərəfdaşdır", – Blinken deyib.
O, Ermənistan hökumətinin islahatlarını dəstəklədiklərini və bu istiqamətdə investisiya qoyduqlarını bəyan edib: "Belə ki, 2023-cü ilin büdcəsindən bunun üçün 65 milyon dollar ayrılıb ki, bu da iki il əvvəllə müqayisədə daha çoxdur".
Blinken Ermənistanın iqtisadi və siyasi dayanıqlılığının güclənməsi üçün dəstəyi davam etdirdiklərini vurğulayıb.
O qeyd edib ki, ABŞ Qarabağı tərk edən erməniləri də dəstəkləməyə davam edəcək: "Bu, Ermənistanın uzun müddətli stabilliyi və çiçəklənməsi, eyni zamanda, regional sabitlik üçün vacibdir. Biz onların Ermənistan iqtisadiyyatına inteqrasiyasını dəstəkləyirik".
Blinken bugünkü üçtərəfli görüşdən səmərəli müzakirələr gözlədiyini əlavə edib.
***
14:52
Avropa İttifaqı Ermənistana 270 milyon avro məbləğində qrant yardımı ayıracaq.
KONKRET.azxəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Brüsseldə Aİ-ABŞ-Ermənistan üçtərəfli görüşündən əvvəl bildirib.
O qeyd edib ki, bu vəsait qarşıdakı 4 il ərzində ayrılacaq: "Biz Ermənistan iqtisadiyyatının və cəmiyyətinin şoklara dayanıqlı və güclü olması üçün investisiya qoyacağıq, eyni zamanda, Ermənistanda kiçik və orta sahibkarlığı dəstəkləyəcəyik. Bununla da Ermənistanın böyüməsi, inkişafı və yeni bazarlara çıxışına kömək edəcəyik. Biz həmçinin aparıcı infrastruktur layihələrinə investisiya qoyacağıq. Məsələn, Qara dəniz sualtı kabel layihəsi Avropaya təmiz enerji gətirəcək. Biz Ermənistanın "yaşıl enerji" istehsalına və Gürcüstanla daha yaxşı əlaqələnməsinə dəstək verəcəyik".
Ursula von der Leyen Ermənistan hökumətinin "Sülhün kəsişməsi" təşəbbüsünü təqdir edib.
Onun sözlərinə görə, Avropa İttifaqı Ermənsitanda islahatlarda dəstək verməyə davam edəcək.
Avropa Komissiyasının Prezidenti Ermənistan hökumətinin demokratik islahatlarını alqışlayıb, Ermənistana Rusiyanın sanksiyalardan yayınmasının qarşısını almaq istiqamətində Aİ-nin səylərinə qoşulduğu üçün təşəkkür edib: "Bu, Ermənistanın və Aİ-nin ortaq dəyərləri və ortaq maraqları olduğunu göstərir".
Ursula von der Leyen deyib ki, Aİ ötən ilin sentyabrından bəri Qarabağı tərk edən ermənilərin inteqrasiyası üçün 30 milyon avro ayırıb və onlar bu istiqamətdə uzunmüddətli dəstək verməyə hazırdırlar.
"Biz Ermənistanın gələcəyi, habelə, sabit, çiçəklənən və sülhün olduğu Cənubi Qafqaz üçün işləməyə davam edəcəyik", – o əlavə edib.APA

Siyasi       Tarix: 06 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta mezenesi son xabarlar apa.az xeberler son xeber az