Alimlər ilk dəfə koronavirusdan ölən insanın ağ ciyərini görüntülədilər - FOTO

Alimlər ilk dəfə koronavirusdan ölən insanın ağ ciyərini görüntülədilər - FOTOAvropa Sinxrotron Radiasiya Mərkəzində (ESRF) çalışan alimlər koronavirusdan vəfat edən insanın ağ ciyərlərini indiyə qədər hazırlanmış ən güclü rentgen sistemi ilə görüntüləyiblər. Bu görüntülər virusun ağ ciyəri necə darmadağın etdiyini əks etdirir.
KONKRET.az xəbər verir ki, "National Geographic" dərgisinin yaydığı fotolar dünyada geniş rezonansa səbəb olub.
Fransanın Qrenobl şəhərində yerləşən, professor Paul Tafforeaunin rəhbərlik etdiyi araşdırma mərkəzində aparılan tədqiqatlar zamanı koronavirusdan ölən 54 yaşlı kişinin ağ ciyərlərinin görüntüsü dünyanın ən güclü  və ən parlaq rentgen şüaları ilə çəkilib. Daha əvvəl bu görüntüləmə sistemi ilə fosillərə və mumiyalara baxan mütəxəssislər ilk dəfə olaraq COVID-19-un ağciyərlərə vurduğu zərəri bu cür aydın şəkildə nümayiş etdiriblər.
Alimlər ilk dəfə koronavirusdan ölən insanın ağ ciyərini görüntülədilər - FOTOFotoda koronavirusdan ölən 54 yaşlı kişinin ağ ciyərinin rentgen görüntüsü: ağ-mavi hissələr ağ ciyərin hava boşluqlarıdır, qırmızı rəngli damarlar isə açıq qan damarlarıdır. Fotoda sarı rəngdə görünən damarlar isə COVID-19 səbəbindən tıxanmış qan damarlarıdır və göründüyü kimi, virus ağ ciyərin qan damarlarının böyük əksəriyyətinin tutulmasına, ağ ciyər kapillyarlarında tromb yaranmasına səbəb olub.
Koronavirusdan vəfat edən şəxsin ağciyərinin vəziyyəti alimləri də təəccübləndirə bilib. Görüntülərə əsasən koronavirusdan ölən xəstənin ağciyərindəki damarların ciddi şəkildə zədələndiyi, bir çox damarların isə tutulduğu görünür. Bu texnika ilə bədəndəki ən kiçik damarı, hətta hüceyrəni müayinə edə bilən alimlər virusun vurduğu zərəri və ağciyərdəki damarların necə sıradan çıxdığını müəyyən ediblər.
İngiltərədə aparılan digər araşdırma isə uzun müddətli COVID-19 simptomları müşahidə edilən insanların ağciyərlərində gizli qalıcı zədələr yarana biləcəyini göstərib. Alimlər araşdırmalarda ilk dəfə ksenon qazının skanerindən – qoxusuz, rəngsiz, dadsız və kimyəvi cəhətdən reaktiv olmayan qazdan istifadə ediblər.
Alimlər ilk dəfə koronavirusdan ölən insanın ağ ciyərini görüntülədilər - FOTOAraşdırma Oksford Biotibbi Araşdırmalar Mərkəzi tərəfindən aparılıb. Alimlər koronavirusu yüngül keçirən, amma daha  sonra nəfəs darlığından əziyyət çəkənlərin ağciyərlərində anormallıqları aşkar etmək üçün ksenon qazı skaneri ilə müayinə aparıblar. Müayinədən keçən xəstələrin, xüsusən də tez-tez tənəffüs problemi yaşayanların, həmçinin xəstəxanaya yerləşdirilməyən, lakin uzun müddətdir simptomlar müşahidə edilənlərin ağciyərlərində qalıcı zədələnmələr aşkar edilib.
Aparıcı tədqiqatçı Emily Fraser bildirib ki, araşdırmada xüsusilə nəfəs darlığı problemi ilə qarşılaşanlar və koronovirusdan sonra nəfəs almaqda çətinlik çəkənlər üçün əhəmiyyətli nəticələr əldə edilib. Araşdırma gələcəkdə nəfəs darlığı olanların müalicəsinə də kömək edəcək.
Şeffild Universitetinin professoru Jim Vild də tədqiqatda iştirak edib. Professor bildirib ki, ksenon oksigenin ağciyərlər tərəfindən alınması zamanı keçdiyi yolu izləyir və tənəffüs yolları, qaz mübadiləsi membranları və kapilyarlar arasında anormallığın harada olduğunu göstərir. Mütəxəssislərin "Uzun COVID-19" adlandırdıqları, yaddaş problemlərindən nəfəs darlığına, əzələ ağrılarından qoxu və dad itkisinə qədər bir çox  simptomlar koronavirusdan sağaldıqdan sonra belə aylarla davam edə bilər.

Sağlamlıq       Tarix: 04 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə


son xeberler azerbaycan xeberleri yeni xeberler futbol xeberleri şou biznes xəbərləri apa.az xeberler sonxeberler